Qarabağ münaqişəsini Qorbaçov yaradıb?

Qarabağ münaqişəsini Qorbaçov yaradıb?
 
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) yarım əsrlik fəaliyyətinin nəticəsilə bağlı toplanan arxivləri açıqlayıb. 1940-1990-cı illəri əhatə dövrə aid 13 milyon sənəd internetdə yerləşdirilib. Açıqlanan arxivlərdə Vyetnam və Koreya savaşları, soyuq müharibənin gedişatı, vacib elmi araşdırmalar, hətta UNO-ların öyrənilməsilə bağlı materiallar var.

AzVision.az CİA-nın arxiv sənədlərində ölkəmizlə bağlı olan, bizim üçün maraq doğuran materialları hissə-hissə oxuculara təqdim edir:

CİA-nın 1988-ci hazırladığı (CIA-RDP91B00776R000600150001) "Qafqazda iğtişaşlar və millətçilik problemi” adlı sənəddə göstərilir ki, SSRİ-nin sabiq baş katibi Mixail Qorbaçovun yanlış siyasəti Dağlıq Qarabağ münaqişəsinin yaranmasına səbəb olub. 




MKİ agentləri sənəddə vurğulayır ki, Qafqazda baş verən qarşıdurmalar millətlərarası düşmənçiliyin yaranması ilə nəticələnib və Moskvanın ermənilərin cəhdlərinin qarşısını almaması erməni millətçilərin radikallaşmasına səbəb olub.

Qeyd olunub ki, vətəndaş itaətsizliyindən yaranan qarşıdurmalar etiraz təşkilatçılarının təsiri ilə artıb. Qorbaçov isə öz növbəsində ermənilərin aqressiv millətçilik cəhdlərinin boğmaq istəməyib. Qorbaçov, həmçinin rejimin erməni millətçilərinin cəhdlərini istiqamətləndirə biləcəyinə əmin olmayıb.

MKİ-nin məlumatına görə, Moskva hər iki tərəf üçün məqbul sayıla biləcək uzunmüddətli plan tapmağa çalışıb.




"Bu, yeni administrativ razılaşma olmalı idi. Razılaşmaya əsasən Dağlıq Qarabağ Ermənistana verilməyəcəkdi, lakin regiona Azərbaycanın tərkibində muxtariyyət verilməli idi. Ola bilsin ki, söhbət respublikalardan kənarda yaşayan milli qruplara genişləndirilmiş mədəni və iqtisadi hüquqların verilməsindən gedir”, - deyə sənəddə bildirilir. 



Sənəddə vurğulanıb ki, planın detallarının hazırlanmasında Qorbaçovun əsas problemlərindən biri vaxt məsələsi olub. Vaxt bu planın SSRİ Mərkəzi Komitəsinin pleniumu tərəfindən təsdiqlənməsi və bəlkə də Ali Şura tərəfindən konstitusiya dəyişikliklərinin təsdiqlənməsi üçün lazım olub: "Tərəflərin hələ dinc vaxtlarda kompromisə getməməyi nəzərə alınsa, belə bir vaxtı tapmaq olduqca çətindir". 

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...