\"Qarabağ\" millinin üzvünü transfer etdi

\
 

"Qarabağ" qış fasiləsində ilk transferini reallaşdırıb.

Sfera.az xəbər verir ki,  İspaniyanın "Leqanes" klubunun hücumçusu Ovusu Kvabena Azərbaycan çempionu ilə münasibətləri rəsmiləşdirib.

Ağdam təmsilçisi rəsmi saytı vasitəsilə "Xoş gəldin, Ovusu" yazaraq, bu keçidin rəsmiləşdiyini bəyan edib. Lakin anlaşmanın detalları barədə məlumat verilməyib.

 

Qeyd edək ki, Qana millisinin 23 yaşlı futbolçusu cari mövsümün ilk dövrəsini icarə əsasında "Kordoba"da (İspaniya) keçirib.


OXŞAR XƏBƏRLƏR