\"Qarabağ məsələsində inkişaf var, amma bizi qorxudurlar\" - Paşinyan ilk dəfə etiraf etdi

\

Onu deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlar prosesində, nə qədər qəribə və gözlənilməz olsa da, yetərincə maraqlı dinamika müşahidə olunur. Nikbinəm və düşünürəm ki, bu dinamika davam edəcək. Dinamika inkişaf edəcək.

Ermənistanın baş nazir Nikol Paşinyan Facebook səhifəsində canlı yayımda olarkən bunu deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik səviyyəsinin aşağı düşməsi müşahidə olunur.

"Bu durum Düşənbədəki məlum müzakirələrin kontekstində baş verib".

Bununla yanaşı, N.Paşinyan etiraf edib ki, hazırda Ermənistan tərəfi cəbhə xəttində itkilər verməkdədir.

O, daha sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı əvvəlki mövqeyini və tezisləri təkrarlayıb: "Mən demişəm ki, Qarabağ probleminin istənilən həlli Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün əlverişli olmalıdır".

Paşinyanın sözlərinə görə, onun əsas məqsədi danışıqlar masası arxasında erməni xalqı üçün qəbul ediləcək həll variantını tapmaqdır: "Əgər belə variant tapılarsa, o, xalqa təqdim olunacaq və ümumxalq müzakirəsinə çıxarılacaq. Əminəm ki, qərar ümummilli formatda tapılmalıdır. Ehtiyac yaranarsa, Ermənistanda referendum da keçirmək olar".

Nikol Paşinyanın sözlərinə görə, onun siyasi rəqibləri Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların bərpası ehtimalının yüksək olduğunu deyərək xalqı qorxudurlar.

"İnsanları savaşla qorxutmağa başlyıblar. Konkret olaraq bu məqsədlə büdcələr qəbul olunur, pullar ayrılır, təbliğat aparılır və s." - N.Paşiyan bəyan edib.

Bu şayiələrə cavab verdiyini vurğulayan N.Paşinyanın sözlərinə görə, Ermənistanla Azərbaycan arasındakı yaranmış münasibətlərdə həmişə təhdidlər və hədələr olub.

Dağlıq Qarabağın statusu və gələcəyi ilə bağlı danışarkən "referendum" sözünü bir neçə dəfə təkrarlayan N.Paşinyanın fikrincə, referendum problemin, sadəcə, həll yollarından biridir.

Sonda o, Ermənistan müxalifətində "Dağlıq Qarabağı Paşinyan satır" tipli fikirləri  yayanların manipulyasiya ilə məşğul olduqlarını bəyan edib.

Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla "əla və normal münasibətlər"inin olduğunu vurğulayan N.Paşinyan sürəkli müzakirələr apardığını deyib: "İşçi məsələlərdə müxtəlif yanaşmalar ola bilər və bu normaldır. Müzakirələrin nəticəsi də odur ki, problemin keyfiyyətli həllinə nail olmalıyıq. Sadəcə, onu deyə bilərəm ki, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistanın və qarabağlı ermənilərin mövqeləri identikdir".

Paşinyanın dediyinə görə, Qarabağ mövzusu ilə bağlı Ermənistanda şayiələr 2018-ci ildəki parlament seçkiləri zamanı da yayılmışdı.

"Rəqiblərim deyirdilər ki, Qarabağın Azərbaycana qaytarılması məsələsi ilə bağlı sövdələşmələrə cəlb olunduğumdan mənim də o işlərdə əlim var. Onu da deyirdilər ki, savaş vasitəsilə Qarabağdan əl çəkmək istəyirik", - N.Paşinyan Facebook səhifəsindəki translyasiyada deyib.

N.Paşiyanın sözlərinə görə, onun və hökumətin məğlubiyyətçi davranış nümayiş etdirmədkiləri aydın olandan sonra ortaya üçüncü tezis atılıb. Belə ki, Ermənistan iqtidarının danışıqlar prosesində güzəştə getmək istəmədiklərindən dolayı, Qarabağ münaqişəsi zonasında yeni müharibənin olacağı ilə erməniləri qorxudurlar.

"Hə, Azərbaycanla münasibətlərdə həmişə təhlükələr, təhdidlər və gərginlik olub. Lakin indi o hədələr üç-beş il əvvəlki durumdan artıq deyil. Tam əksinə, indi sərhəddə monitorinq aparsaq, görərik ki, son ilyarım ərzində gərginlik xeyli azalıb. Lakin rahatlaşmaq üçün heç bir səbəb yoxdur. Qarabağ münaqişəsi hələ də nizamlanmayıb", - N.Paşinyan deyib.

Ermənistanın baş nazirinin translyasiya zamanı sürəkli işarə vurduğu, amma adını çəkmədiyi qüvvə sabiq prezidentlər Serj Sarqsyan və Robert Köçəryanın tərəfdarlarıdır.

Məhz onlar Paşinyanı Qarabağ məsələsində zəiflikdə suçlayır, münaqişə zonasında yeni savaşın olacağını vurğulayırlar.


OXŞAR XƏBƏRLƏR

Hindistan XİN: "Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik"

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.   Sfera.az TASS-a istinadən xəb...

"Hakimlər təzyiq altındadır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatında hakimlərin işindən danışıb.   Sfera.az bildirir ki, o, hakimlərin dü...

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.   Sfera.az-ın məlumatına görə, aprelin 25-də Ağdamda...

Avropa rus qazını LNG ilə əvəzləyib

Son 3 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı 41 faizdən 10 faizə düşüb, əvəzində mayeləşdirilmiş təbii qazın (LNG) payı 2...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...