Qarabağ döyüşlərinin qəhrəmanı olan general: Arzuma çatmamışam

Qarabağ döyüşlərinin qəhrəmanı olan general: Arzuma çatmamışam
70 il imperiya əsarətində yaşasaqda yenidən müstəqilliyimizə qovuşmağı bacardıq. Dövlətin var olması yaşaması üçün sözsüz onun ordusu lazım idi. Belə çətin bir anda torpaqlarımızı istila etmək eşqinə düşən daşnak ermənilər mütamadi olaraq Qarabağda silahsız insanlara hücum çəkir,kəndləri  talan edirdilər. Qarabağda erməni quldur dəstələrinin hücumlarını dayandırmaq üçün özünümüdafiə dəstələri yaranırdı. Lakin müasir texnika ilə silahlanmış erməni-daşnak dəstələrinin qarşısını özünümüdafiə dəstələri ilə almaq mümkün deyildi. Bu hücumların qarşısını almaq üçün peşəkar ordunun formalaşdırılması labüd idi. Bu işdə peşəkar hərbçilərimizin rolu danılmaz idi. Müasir Ordumuzun formalaşdırılmasında özünəməxsus yeri olan hərbçilərimizdən biri də general-mayor Arif Salahov idi.
 
  Artilleriya general-mayoru, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ilk 4 zabitindən biri olan Arif Salahov 18 avqust 1937-ci ildə Abşeron rayonunun Digah kəndində anadan olub. 1955-ci ildə Digah kəndində yerləşən 106 nömrəli orta məktəbi bitirən Arif Salahov hərbçi olmaq qərarına gəlir.Onun qəlbindəki bu istək sonralar bir hərbçi kimi formalaşmasında xüsusi rol oynayır. Bu peşəkar zabitin həyatında Ümumilli lider Heydər Əliyevin xüsusi yeri var idi. Keçmiş Sovet ordusundakı Azərbaycanlı hərbçilərə xüsusi diqqət ayıran Ulu öndər Heydər Əliyevlə Arif Salahov bir neçə dəfə görüşməyə nail olur. 
     
   Qarşısına hərbçi olmağı bir məqsəd qoyan Arif Salahov  1956-cı ildən SSRİ Silahlı Qüvvələrinin sıralarına hərbi xıdmətə başlayır. 1956-1958-ci illər Leninqrad hərbi dairəsinin Lomonosov şəhərində yerləşən təlim tank alayında xidmət keçən Arif Salahov,  1958-1961-ci illərdə Tula Hərbi Artilleriya Məktəbində təhsil alır. 1961-ci ildə Məktəbi bitirdikdən sonra "leytenant” hərbi rütbəsi ilə təltif edilən gənc zabit Ukraynaya göndərilir. Arif Salahov 1961-1965-ci illər ərzində  Odessa hərbi dairəsinin Tiraspol şəhərində yerləşən 59-cu motoatıcı diviziyada tağım komandiri vəzifəsində xidmət edir.
     
    Öz üzərində daima işləməyi xoşlayan Arif Salahov təhsilini artırmaq qərarına gəlir. O komandanlığın əmri ilə 1965-ci ildə Penza Ali Mühəndis-Artilleriya Məktəbində göndərilir. 1970-ci ildə Penza Ali Mühəndis-Artilleriya Məktəbindəəla qiymətlərlə bitirən Arif Salahov SSRİ Silahlı Qüvvələrinin Almaniya Demokratik Respublikasının Stendal şəhərində yerləşən 207-ci motoatıcı diviziyasına göndərilir. 1970-ci ildən diviziiyanın artilleriya alayının rəisi olan Arif Salahov, 1972-ci ildə artilleriya divizionunun qərargah rəisi vəzifəsində təyin edilir.
   
 
    Arif Salahov xidmətinin ilk illərində  ölkəmizdən kənarda xidmət etsədə də o 1975-ci ildə Zaqafqaziya hərbi dairəsinin Lənkəran şəhərində yerləşən 60-cı motoatıcı diviziyanın 774-cü əlahiddə artilleriya divizionunun qərargah rəisi vəzifəsində xidmətə göndərilir. İki il Lənkəranda xidmət etdikdən sonra Arif Salahov 1977-ci ildə 60-cı motoatıcı diviziyanın Port-İliç şəhərində yerləşən artilleriya alayının komandiri təyin edilir. Arif Salahov 1980-1985-ci illərdə Gəncə  şəhərində yerləşən 23-cü motoatıcı diviziyanın Raket-Artilleriya qoşunlarının rəisi vəzifəsində xidmət edir.
 
    Peşəkar hərbçi kimi komandanlığın etimadını doğruldan Arif Salahov 1985-ci ildə Bakı şəhərində yerləşən 295-ci motoatıcı diviziyanın Raket-Artilleriya qoşunlarının rəisi təyin edilir. 1986-cı ildən 1990-cı ilə qədər  Bakı şəhərində yerləşən 4-cü ordunun Gərargah rəisinin müavini kimi xidmət edən Arif Salahov rus qoşunlarının Bakıdakı dinc insanları qətlə yetirməsinə etiraz olaraq orudan ordudan çıxarılması haqda komandanlığa müraciət edir. O 1990-cı ildə SSRİ Silahlı Qüvvələrinin sıralarında tərxis olunur. 
   
     Arif Salahov 1991-ci ilin oktaybr ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayır. 1992-ci ilin yanvar ayının 30-na qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Artilleriya və Hava Hücumundan Müdafiə qüvvələrinin komandanı vəzifəsində xidmət edir. 5 sentyabr 1992–ci ildən  25 aprel 1993-cü ilə qədər  artilleriya briqdasının komandiri kimi Ağdam-Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edir.
 
   1993-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun komandiri kimi Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edir. 1993–cü ildə  Azərbaycan Respublikası Müdafiə Nazirinin döyüş əməliyyatları üzrə müavini təyin edilir. Beyləqan-Füzuli-Horadiz istiqamətlərində gedən döyüşlərə şəxsən rəhbərlik edir. Ulu öndər Heydər Əliyev peşəkar hərbçi Arif Salahovu Fizulu-Horadiz istiqamətində gedən döyüşlərdə göstərdiyi igidlik və rəşadətinə görə 21 aprel 1994-cü ildə 134 nömrəli fərmanla"general-mayor” hərbi rütbəsi ilə təltif edir. Arif Salahov  1995-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Müfəttişlik idarəsinin rəisi təyin edilir.
   
  General-mayor Arif Salahov Silahlı Qüvvələr sıralarında xidmətlərinə görə çox sayda orden və medallarla təltif olunub. Ali Baş Komandan, Prezident İlham Əliyev peşəkar hərbçimizi 2005-ci ildə "Azərbaycan Bayrağı” ordeni ilə təltif edir. Ömrünün 50 ilini orduda xidmətə həsr edən general-mayor Arif Salahov 2006-cı ildə Bakı şəhərində vəfat edir.
 
  Hələ ölümündən öncə verdiyi müsahibəsində hər an döyüşə hazır olduğunu demişdi. "Mən arzularıma çatmamışam. Qarabağ azad etmək ən böyük arzumdur.”-deyən general Arif Salahov bu arzusunu reallaşdıra bilmədi.
 
Qoşqar Salmanlı  


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...