İdman

“Qarabağ” – “Dandolk” oyunu canlı yayımlanacaq

“Qarabağ” – “Dandolk” oyunu canlı yayımlanacaq
 

Ağdamın "Qarabağ" klubunun Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyunu canlı yayımlanacaq.

APA-nın məlumatına görə, Azərbaycan çempionunun İrlandiyanın "Dandolk" klubu ilə ev görüşünü "CBC Sport" telekanalı azarkeşlərə nümayiş etdirəcək.

Qarşılaşma iyulun 31-də baş tutacaq. "Dalğa Arena"da keçiriləcək matç saat 21:00-da başlayacaq.

 

Qeyd edək ki, "Qarabağ”la "Dandolk” arasında iyulun 24-də keçirilən ilk görüşdə qalib müəyyənləşməyib – 1:1.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031