Qarabağ “Bolton planı”ı ilə qaytarıla bilər- Ekspert rəyi

Qarabağ “Bolton planı”ı ilə qaytarıla bilər-  Ekspert rəyi
"Bu plan həyata keçirsə, ədalətli bir plan olar və indiyə kimi ayaq altına atılan beynəlxalq hüquq ən azından yerdən götürülmüş olar. Nəticədə heç olmasa beynəlxalq hüquqa ABŞ çərçivəsində sahib çıxılar”
 
Sfera.az-a açıqlamasında bu sözləri Ermənistan mətbuatında Dağlıq Qarabağ konfliktinin həlli üçün "Bolton planı”nın işə düşməsilə dair yazılan məqalələrə münasibət bildirərkən politoloq Natiq Miri deyib:
 
"Boltonun regiona, Cənubi Qafqaza, o cümlədən Azərbaycanla Ermənistana səfəri çərçivəsində təbii ki, Dağlıq Qarabağ problemi də müzakirə olunub.  Həmçinin, bu kontekstdə Boltonun Ermənistanda müəyyən mesajları da oldu. Həmin mesajlardan irəli gələrək belə bir fikir ortalığa çıxıb ki, Bolton özü ilə ABŞ adından konkret təkliflər gətirib və bunu Ermənistan rəhbərliyinə təqdim edib. Planın mahiyyəti və tərkib hissəsilə bağlı konkret informasiyalar yalnız müəyyən mülahizələrdən ibarətdir. Həmin planın tərkib hissəsilə bağlı ciddi informasiyalar hələlik ortada deyil. Ancaq ümumi verilən məlumatları nəzərə alsaq, demək olar ki, bu ilk növbədə Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ ətrafı rayonların boşaldılmasına razılıq verməsilə əlaqədardır. Bu kontekstdə də nəzərdə tutulur ki, 7 rayon Ermənistan tərəfindən azad edilsin. 26 ilə qədər həmin ərazilərin işğalda saxlanılmasının özü, dünya birliyinin, BMT və digər qlobal strukturların həmin məsələyə nə qədər laqeyd və beynəlxalq hüququ çiyniyərək ayaq altına ataraq yanaşdıqlarını bir daha göstərir. Bu baxımdan Bolton sənədində ilkin olaraq 7 rayonun qaytarılması düsturu təxmin edilir. Təbii ki, Bolton 7 rayonun qaytarılması təklifi qarşılığında Ermənistanın Türkiyə və Azərbaycanla olan sərhədlərinin açılmasını, diplomatik münasibətlərin qurulması və iqtisadi-ticari münasibətlərin yaradılması gündəmə gəlir.  Bu da təbii ki, Azərbaycan tərəfindən Ermənistana veriləcək ən böyük güzəşt ola bilər. Bu plan yerinə yetirilərsə, ədalətli bir plan olar və indiyə kimi ayaq altına atılan beynəlxalq hüquq ən azından yerdən götürülmüş olar. Nəticədə heç olmasa beynəlxalq hüquqa ABŞ çərçivəsində sahib çıxılar. Ona görə 7 rayonun boşaldılması hüquqi məsələ olmaqla bərabər həm də, bir ədalətli mövqe olardı. Bundan sonra status məsələsinin həlli nəzərdə tutulur ki, fikrimcə, bu istiqamətdə konkret təkliflər mövcud deyil. Bu məsələ Azərbaycan və Ermənistan rəhbərlərinin sonrakı danışıqlar prosesinə aid olacaq bir məsələdir”.
 
Həmsöhbətimizin fikrincə, bu planda Vaşinqtonun başlıca məqsədlərindən biri də Rusiyanın bölgədə mövqeyini zəiflətmək, onu buradan sıxışdırıb çıxarmaqdır:  
 
"ABŞ-ın bu müstəvidə strateji niyyətinin kökündə dayanan bir məsələ Ermənistanın iqtisadi və siyasi mənada Rusiyadan asılılığını aradan qaldırmaqdan ibarətdir. Bu mənada ABŞ Ermənistanın gələcək iqtisadi inkişafının Azərbaycanla münasibətləri qurmasından keçdiyini bilir. Düşünürlər ki, Ermənistanın iqtisadi inkişafı fonunda gələcəkdə onu Rusiyanın orbitindən çıxara biləcəklər. Belədə həmin plan ağlabatan və doğru plan kimi görünür. Sadəcə, Paşinyan hökumətində bu planı qəbul etsələr, bu onun üçün bir uğur sayılacaq”. 
Ancaq ekspert düşünür ki, bu məsələdə Rusiya amilini də  gözardı etmək olmaz: 
"Hələlik bu məsələyə Moskvanın necə baxacağı bəlli deyil. Bir şey aydındır ki, Kreml Qarabağ prosesini heç bir vəclə öz təsir dairəsindən çıxarmaq niyyətində deyil. Çünki düşünür ki, problem Rusiyanın təsir dairəsindən kənarda həll olunarsa, bu Bakı ilə İrəvanın Moskvanın təsir dairəsindən çıxması demək olacaq. Baxmayaraq ki, Rusiya indiki vəziyyətdə də guya Dağlıq Qarabağ problemilə ciddi məşğul olduğunu söyləyir. Ancaq onlar indiki şəraitdə "Bolton planına” razılıq verməyəcəklər. Paşinyan bu məsələ barədə qərar verərkən mütləq mənada Rusiya amilini də nəzərə almaq məcvuriyyətində qalacaq. Fikir vermisinizsə, Paşinyan Davosdakı görüşlərindən dərhal sonra Rusiyaya səfər etdi. Bu heç də təsadüf deyil. Onu göstərir ki, hələ də İrəvan müəyyən mənada Moskva qarşısında özünü öhdəlikli görür. Ona görə də Davos görüşləri barədə hesabatı Moskva ilə bölüşmək üçün təcili qaydada ora gedib. Belədə düşünürəm kİ, indiki mərhələdə "Bolton planı”nın həyata keçməsi o qədər də ağlabatan görünmür”.

Qeyd edək ki, Ermənistanın "Yerkramas” nəşrinin yazdığına görə, Qarabağ münaqişəsinin həllində "Bolton planı” işə düşür və bu plan zəbt edilmiş ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutur. Bunun üçün ABŞ-ın Ermənistana təzyiqlərini artırdığı da qeyd olunur. Xatırladaq ki, keçən ilin sonlarına doğru ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Cənubi Qafqaz ölkələrinə səfəri gedişində Ermənistanda olarkən onun işğal etdiyi torpaqları geri qaytarmalı olduğuna dair bir mesajla çıxış etmişdi. Bu əsasda da fikirlər səslənir ki, ABŞ-da Dağlıq Qarabağ konfliktinin həllilə bağlı təkliflər paketilə çıxış etməyə başlayıb. Hansı ki, həmin təkliflər paketi də məhz "Bolton planı”ndan ibarətdir. Beləliklə, münaqişənin həllilə bağlı daha bir təkliflər paketinin gündəmə gəldiyini müşahidə edirik. Bundan əvvəl, Rusiya tərəfindən də "Lavrov planı” deyilən bir plan ortaya atılmışdı.
 
ELÇİN


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...