“Qarabağ” Avroliqanın qrup mərhələsində

“Qarabağ” Avroliqanın qrup mərhələsində
"Qarabağ” klubu UEFA Avropa Liqasının play-off mərhələsində cavab oyununa çıxıb.

Ağdam təmsilçisi Bakıda Şimali İrlandiyanın "Linfild” komandası ilə qarşılaşıb. Oyunu Rusiyadan olan hakimlər briqadası idarə edib.

Görüşün 6-cı dəqiqəsində hesab açılıb. "Qarabağ"ın heyətində Xayme Romero fərqlənib.

Matçın ilk hissəsi Ağdam klubunun üstünlüyü ilə başa çatıb.

88-ci dəqiqədə Abdulla Zubir "Qarabağ"ın ikinci qolunu vurub. Rəqib vurulan qollardan birinin əvəzini çıxıb. 

Görüş "Qarabağ"ın 2:1 hesablı qələbəsilə yekunlaşıb. Bununla da Ağdam klubu Avropa Liqasının qrup mərhələsinə yüksəlib. (unikal)


OXŞAR XƏBƏRLƏR