Qarabağ atını II Yelizavetaya kim hədiyyə etmişdi?

Qarabağ atını II Yelizavetaya kim hədiyyə etmişdi?
Uzun əsrlər boyu Azərbaycan atları tarixi şərait nəticəsində dəyişikliyə məruz qalıb. Hətta yerli at cinslərimiz də formalaşıb. Yerli at cinslərindən söhbət düşübsə, mütləq diqqət Qarabağ atlarına yönələcək. Çünki bu cins atlar həm də böyük bir məkanın adını özündə ehtiva edir.

Qarabağ atları ilə bağlı bəzi düşüncələr formalaşmaqdadır. İddialara görə Qarabağ atlarının nəsli tükənib və onların sayı barədə məlumat yoxdur.

4-cü nəsil atçı, məşqçi Sərxan Tağıyev  açıqlamasında Qarabağ atları ilə bağlı bir çox məqamları qeyd edib.

Qarabağ atlarının nəsli tükənir demək yanlış düşüncədir

4 nəsil atçı bildirib ki, bir çox sahibkarlar da atların sayının artmasına xidmət edirlər

"Bərdə ilə Ağcabədi arasında  Xamtorpaq adlanan yer var. 1993-cü ildə Ağdam işğal edidlikdən sonra Qarabağ atları 1994-cü ildə ora köçürülüb. Bu yaxınlarda cənab prezidentin iştirakı ilə həmin yerin açılışı oldu. Demək olar ki, Qarabağ atlarının saxlanıldığı ərazi tam olaraq restavrasiya olunub. Həmin atlar orada artırılır. Hazırda həmin yerdə 200 başa yaxın at var. Amma bununla kifayətlənməyə bilmərik. Çünki müxtəlif yerlərdə məskunlaşan sahibkarlar var ki, Qarabağ atlarını saxlayır və bununla da cinslərin sayı artırılır”

Qarabağ atını II Yelizavetaya kim hədiyyə etmişdi?!

Sərxan Tağıyev söhbət zamanı atların yaradılmasına da toxunub.

"Ağdam Atçılıq Zavodu 1949-cu ildə  Cəlal Tağıyev, Süleyman Həsənov və bir neçə mütəxəssis tərəfindən yaradılıb.  Bunun da yaradılmasında məqsəd var. Belə ki, Qarabağ atları əvvəllər tip olub. Dünya isə tipi saymır. Çünki müxtəlif ərazilərin müxtəlif tipləri ola bilər. Ancaq bu atları  sınaqdan keçirtməklə belə bir cinsin mövcudluğunu dünyaya sübut etmək istəyirsənsə mütləq bunu zavod şəraitində artırmalısan. Bunun üçün DNK təhlilləri olmalı, seleksiya işləri getməlidir. Məhz buna görə 1949-cu ildə zavodu yaradıblar bundan sonra orada doğulan atlar Bakı cıdır meydanında sınaqdan keçirilməyə başlanılıb. Bu zaman Qarabağ atlarına pasport verilməyə başlanılıb, şəcərəsi müəyyən olunub. Ən azı pasportlarında 6-7 nəsil müəyyən olunur. Babası, babasının babası kimdir kimi məsələlər rəsmi formada həyata keçirilir. 1956-cı ildə isə orada doğulan Zaman ləqəbli atı babam Əli Tağıyev Londona apararaq II Yelizavetaya hədiyyə edib”.

Qarabağ atlarının xüsusiyyətləri

Məşqçi atların xüsusiyyətlərini də qeyd edib.

"Yeganə at növlərindəndir ki, bir rəngə məxsus olur. O da qızılı kürən rəngdir. Bəzən kinolarda Qarabağ atlarını ağ rəngdə təqdim edirlər. Görünür, bu da məlumatsızlıqdan irəli gəlir. Həmçinin insanlar elə anlayır ki, Qarabağ atlarından söhbət gedirsə, mütləq ucaboy və ağ rəngdədirlər. Halbuki belə deyil. Qarabağ atları inək deyil ki, ətli olmasına səy göstərək. Onlar yaırşlara çıxırlar. Ona görə də incə qız bədəninə sahib olmalıdırlar. İdeal bədən quruluşlarının olması vacibdir. Boyları maksimum 1.55 sm olur. Çox dözümlü və sürətli cinslərdir. Hətta uzaq məsafələr, qayalıqlar üçün münasibdirlər”.

Qarabağ atlarının qiyməti. "Onlar qiymətsizdir”

Sərxan Tağıyevin sözlərinə görə, Qarabağ atlarından danışarkən qiymət söhbəti edilməməlidir.
"Qarabağ atlarının satışı da həyata keçirilir. Yalnız o insanlar üçün  Qarabağ atlarının satışını təşkil edirik ki, baxaq görək onlar bunu nə edəcəklər?! Ən azından bir erkək və dişi almalarını həyata keçiririk. Çünki bu cinslərin artımı zəruridir. Çünki həmin atların seleksiyalarının itməməsi çox önəmlidir. Yoxsa hər kəs gəlib pulunu verib Qarabağ atına sahib ola bilməz. Bu atların davamçılarının olması mütləqdir. Amma qiymətlər barədə danışmaq istəmirəm. Çünki Qarabağ atlarının qiyməti yoxdur. Şəxslərə görə dəyişir.  Qarabağ atları xarici vətəndaşların da diqqətini çəkir. Çünki onlarda bu cins at yoxdur deyə maraqlı gəlir. Həmçinin hər bir cins öz cinsi və yaşıdı ilə yarışa çıxır. Qarabağ atı ancaq Qarabağ atı ilə yarışa çıxa bilər”Modern.az

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...