“Qara pantera” rekord qırır
15:21 / 26.03.2018
2619
Marvel kinostudiyasının çəkdiyi "Qara pantera” filmi Şimali Amerikada indiyədək ən çox baxılan və kassa yığımı ekran əsəridir.
Sfera.az "NME” nəşrinə istinadən xəbər verir ki, film Amerikadakı prokatda 630,9 milyon dollar qazanc əldə edib.
Dünya prokatında isə "Qara pantera” 1,237 milyard dollar qazanıb.
Film Rayan Kutlerin komiksləri əsasında çəkilib və bu ilin 29 yanvarından dünya ekranlarına çıxıb.
Filmin büdcəsi 200 milyon dollardır.
İlqar