Qara çay faydalı olsa da, ifrat dərəcədə çox içməkdən çəkinmək lazımdır

Qara çay faydalı olsa da, ifrat dərəcədə çox içməkdən çəkinmək lazımdır

Mütəxəssislər uzun illərdir ki, qara çayın faydalı xüsusiyyətlərini öyrənirlər. Tədqiqatlar göstərir ki, gündə 1 stəkan çay içənlərin immun sistemi daha güclü olur.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, qara çay xüsusilə mövsümü soyuqdəymələr zamanı daha çox faydalıdır. Ağır və yağlı yeməklərdən 1 saat sonra qəbul olunması həzm prosesini asanlaşdırır. Ona rəng verən birləşmələr damar çəpərlərini gücləndirir, beyin də daxil olmaqla bütün orqanlarda hər cür qanaxma riskini azaldır. Çay içilməsi qan dövranını yaxşılaşdırır, diş minasını möhkəmləndirir, bədəni zərərli maddələrdən təmizləyərək böyrəklərin daha yaxşı işləməsini təmin edir.

Qara çay B2, C və E vitaminləri, maqnezium, kalium, sink və kofein ehtiva etdiyi üçün dəriağardıcı təsirə malikdir. O, qanda xolesterinin səviyyəsini aşağı salır. Bu ətirli içkini qəbul etmək ürək-damar xəstəliklərinə profilaktiki təsir göstərir. Belə ki, çayda olan faydalı maddələr damarları təmizləyir və elastikliyi artırır.

Artıq və vaxtsız içilən çay orqanizmə mənfi təsir göstərir, çünki onun tərkibindəki bəzi maddələr qidadan alınan dəmirin miqdarını azaldır. Çaydan ifrat istifadə əsəb pozğunluğu, yüksək təzyiq, əl titrəməsi, baş ağrısı və yuxusuzluq kimi hallara səbəb ola, revmatizmdən əziyyət çəkənlərin isə səhhətində problem yarada bilər.

Çay, eyni zamanda, pəhriz üçün də yaxşı vasitədir, çünki kalorisizdir. Onun vasitəsilə maddələr mübadiləsini yaxşılaşdırmaq olar. İçərisinə faydalı bitkilər əlavə edilməklə çay içilməsi artıq kalori və çəkidən azad olmağa kömək edir. Lakin həddindən artıq şəkərli çay içmək isə ürək-damar, köklük kimi xəstəliklərə səbəb olur. Ümumiyyətlə, gün ərzində dörd fincandan artıq və tünd çay içməkdən çəkinmək lazımdır. Orqanizmin ehtiyac duyduğu mayeni isə su ilə ödəmək məsləhətdir.


OXŞAR XƏBƏRLƏR

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...