«Qara bazar» və Mxitaryan: azərbaycanlılara təhqir

«Qara bazar» və Mxitaryan: azərbaycanlılara təhqir

Dövlət tərəfindən qanunsuz mərc oyunlarına qarşı ciddi mübarizə aparılmağına baxmayaraq müntəzəm olaraq Bakıda və regionlarda qanunsuz fəaliyyət göstərən oyun yerləri aşkarlanır.


"Qara bazar" iştirakçılarının qanunu pozması, dövlət büdcəsinə zərbə vurması məlum bir faktdır. Bununla birlikdə, onlar mənfəət əldə etmək üçün bütün mənəvi dəyərləri tapdalamağa hazırdırlar, bu isə tamamilə qəbuledilməzdir. Erməni futbolçu G. Mxitaryanın şəklini Azərbaycan oyunçuları üçün hazırlanmış reklam üzərində yerləşdirmək bütün mənəvi qaydalara tam etinasızlıq, hər bir azərbaycanlı üçün, həm də bütövlükdə Azərbaycan xalqı üçün birbaşa təhqirdir.

 

Bununla əlaqədar bir çox suallar yaranır: bu cür reklamın arxasında kim dayanır, hansı məqsəd güdülür və qanunsuz olaraq qazanılan pullar hara yönəldilir? Bəlkə qanunsuz oyunlardan qazanılan vəsait bilavasitə ermənilərin əlinə düşür? Axı erməni futbolçusunu tanıtmaq daha kimə maraqlı və sərfəlidir?


"Qara bazar”da dövr edən küllü miqdarda pullar büdcədən kənarda qalır. Bugünkü çətin vəziyyətdə dövlət büdcəsinin formalaşdırılması üçün ölkənin tam potensialının səfərbər olunması tələb olunur. Azərbaycanda mərc oyunları ilə bağlı qara bazarın mövcudluğu isə büdcəni hər il vergi ödənişlərindən məhrum etməklə yanaşı ümumi vəziyyəti da ağırlaşdırır. Çünki leqal mərc kontorlarından fərqli olaraq burada uduşların tam formada veriləcəyi ilə bağlı heç bir zəmanət yoxdur. Qeyri-qanuni saytlara üz tutan mərc gələnlər aldadılma riskinə məruz qalır. Bir çox hallarda fəaliyyət göstərən bu obyektlər gənclərin tərbiyəsinə, psixoloju durumuna da neqativ təsir edir.


Cəmiyyət bu kimi hadisələrə reaksiya verməyi və onlara münasibət bildirməyi öyrənməlidir. Belə qanunsuz təşkilatları boykot və tənqid etməklə bu kimi neqativ hallarla mübarizə apara bilərik.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...