Texnologİya

Qar yeni enerji mənbəyi ola bilər

Qar yeni enerji mənbəyi ola bilər
İki elm adamı qardan elektrik yükü alan qurğu yaradıblar.
Bilge.az "Popular Science" platformasına istinadən xəbər verir ki, təmiz, bərpaolunan enerji deyəndə, adətən Günəş və ya külək enerjisi yada düşür. Amma qardan da təmiz elektrik enerjisi almaq mümkündür. Yağan qarda elektrik yükünün olması əsrlər boyu alimlərə məlum olub, amma bu yaxınlaradək onlar qardakı elektrik yükünü elektrik enerjisinə necə çevirəcəklərini bilmirdilər. Los-Anceles Kaliforniya Universitetinin (LAKU) alimləri Maher El-Kady və Richard Kaner nəhayət ki, qardan elektrik yükü almağa və onu elektrik enerjisinə çevirməyə imkan verən qurğu yaradıblar, qurğu xüsusi silikon vasitəsilə çalışır.
Alimlərin yaratdığı qurğu mürəkkəb deyil, balaca, yüngül və elastikdir. Qurğu həmçinin bahalı da deyil, çünki o, işləmək üçün batareyalara ehtiyac duymur. LAKU universitetinin kimya və biokimya sahəsində tədqiqatçı kimi çalışan El-Kady açıqlamasında deyib ki, qış mövsümündə ortamala qar yağıntısı zamanı biz toplanılması mümkün böyük enerji mənbəyi əldə edirik: "Biz artıq kütləvi şəkildə istehsal olunan materiallardan yararlanmaqla, enerjini əldə edə bilərik".
Elm adamlarının ixtirası hələlik "sübut olunmalı konsept" kimi eksperiment mərhələsindədir, çünki enerji hasilatı hələlik aşağı həddədir. Ancaq tədqiqatçılar əmindirlər ki, daha yaxşı tənzimləmə və əlavə araşdırmalarla onun potensialı limitsiz olacaq.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031