Dünya

Qapıdakı fırtına - Yeni “Ərəb baharı” harda başlayıb harda bitəcək...

Qapıdakı fırtına - Yeni “Ərəb baharı” harda başlayıb harda bitəcək...
Pentaqonda həyati qərarlar alınır. Həyata keçib keçməyəcəyi hələ bilinmir. Amma oyunun planını dəyişdirdilər...


Ergün Diler,
"Takvim” qəzeti, Türkiyə

Neçə vaxtdır xüsusilə adını çəkdiyim İpək Yoluna bu gün nəzər salaq. Çünki buna məcburuq!

Heç kimin qaçmaq şansı yoxdur. Mən olacaqları, hesabları, planları sizinlə paylaşmaq istəyirəm. Çünki bu sirr deyil.

Türkiyəni mərkəzə qoyaraq olacaqları görmək baxımından önəmlidir. Planlar artıq hazırlanıb. Sudandakı küçə etirazları isə ilk işarədir.

Venesuelaya baxarkən eyni anda Afrikada sarsıntı olacaq. Çünki addımlar sıxlaşıb...

Pentaqonda həyati qərarlar alınır. Həyata keçib keçməyəcəyi hələ bilinmir. Amma oyunun planını dəyişdirdilər. Daha yaxından baxaq...

Vaşinqton iki variant arasında qalmışdı. Ya İpək Yolu layihəsini Çinin əlindən alacaqdılar, ya da ki, tamamilə məhv edəcəkdilər. Çıxılmaz vəziyyət bu idi.

Buna görə də, böyük davalar bütün cəbhələrdə baş verdi. Müxtəlif adamlar hədəf oldular!

Müxtəlif qurumlara və bəzi şəhərlərə iqtisadi ziyan vuruldu. Amma indi vəziyyət dəyişib. Vaşinqton istəmədiyi halda İpək Yolunu bitirməyə qərar verib. Çünki Çinlə artıq heç bir halda ortaqlıq etməyin mümkün olmayacağınıi görürür. Buna görə də Vaşinqton Pentaqonla birlikdə Afrikanı atəşə verəcək.

Daha dərinə gedək...

Əvvəlcə Cibuti, Eritreya və Tanzaniyanın 14 limanı İpək Yoluna qoşulacaqdı, ardınca Orta Afrikaya çatan Yeni İpək Yolu şimali Afrikadan Aralıq dənizinə qədər açlacaqdı.

Çinlə Afrika ölkələri arasında olan razılaşmalar, Fransanın da buna dəstək verməsi Pentaqonun İpək Yolu layihəsini bitirmək qərarına gəlməsinə yol açıb. Orta Şərq və Afrika ölkələri Bahreyn, Cənubi Afrika, Sudan, Cibuti, Tunis, İraq, İran, Küveyt, İordaniya, Liviya, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Yəmən Çinlə razılığa gəliblər. Təkcə BƏƏ ilə Çin arasında problemlər var. Lakin BƏƏ Çinin gücləndiyini və daha da böyüdüyünü gördüyü anda ABŞ-dan ayrılacaq. Bundan da önəmli şəxslərin xəbəri var.

ABŞ prezidenti Trampın kürəkəni və müşaviri Kuşnerin Orta Şərq səfərlərini Rotşild ailəsinin yeni İpək Yolu turları kimi də görə bilərik. Onsuz da bunun belə görülməli olduğunu dəfələrlə yazdıq.

Kuşner Rotşild ailəsi adından istifadə edərək bu səfəfrlərdən istədiyini alıb.

Kuşner hazırda Çinin çox güclü bir şəkildə həyata keçirmək istədiyi İpək Yolu layihəsi üçün tarixi qərarların alınmasında da böyük rol oynayır. Gənc ağıllı və dinamik biri olan Kuşner çox vacib adamdir...

İndi Əlcəzair, Sudan, Eritreya və Cibutidə yeni küçə etirazları başlayıb. Beynəlxalq media bununla bağlı verdiyi xəbərdə yeni "Ərəb baharı başlayır” ifadəsindən istifadə edib. Bu etirazlar Tunisdə bir gəncin özünə od vurması ilə başlamış etirazlardan daha güclüdür.

Sudan lideri Bəşirlə verdiyi Sevakin adası haqqında dünən burada danışdım. Unutmayın ki, bunun mərkəzində biz də varıq!

Davam edək...

Pentaqon buralara od vuraraq bir yol xəritəsi çəkib! Buna görə, Ərəb Baharı ilə birlikdə Avropaya 15 milyona yaxın bir köç dalğası başlayacaq. Hədəfləri belədir! Yəni ABŞ İpək Yolu layihəsini bitirərkən Afrikanı, Ağ dənizi və Avropanı da bir anda çoxlu problemin ortasına atır.

Küçə etirazlarının miqyasını heç kim təxmin edə bilməz. ABŞ da bu etirazlara dəstək verəcək. Xüsusilə, Çinə qarşı keçiriləcək küçə etirazları belə artıq hazırdır.

Məhəmməd ibn Salman, yəni vəliəhd şahzadə ABŞ-la açıq şəkildə mübahisə etməkdən çəkinmir. Bunu da hər zaman göstərir. Çinlə yaxınlaşması artıq son həmlə idi. Vaşinqton buna dözə bilməzdi. Buna görə Salmanla hesablaşacaqdı...

Səudiyyə Ərəbistanın kral ailəsinin ən çox qorxduğu hadisə küçə etirazlarıdır. Pentaqon Ərəbistan üçün hədəfdə təkcə Səudiyyə ailəsinə məxsus fərdlərin olacağı çox xüsusi etirazlar hazırlayıb. Afrika qarışarkən, Avropa miqrant axını ilə məşğul olarkən mütləq Aralıq dənizində də bir xaos olmalıdır. Bu da Kipri hər tərəfdən əhatə edəcək bir küçə etirazı ilə mümkün ola bilər.

Hədəfdə olacaq şəxslər üçün MKİ aylardır məlumat toplayır. Şəxslərə, qurumlara, ölkələrə, sülalələrə hücumlar və sui-qəsdlər olacaq.

Həm də ABŞ bir çox ölkədə təsirini artırarkən Kipr adasının hər iki tərəfində də artıq təsirini itirib. Bu gün ABŞ-ın ən zəif olduğu bölgə Kipr adasıdır.

Əlbəttə, hadisələrin başlayacağı Kipr ABŞ üçün önəmli bir xəbər olacaq. MKİ casuslarının, xüsusilə sahədə işləyənlərin keçdiyi əsas təlimlərdən biri də xalqın etirazlara yönləndirilməsidir.

Amma heç kim bu casusları sarışın, mavi gözlü, hündür, ingiliscə danışan insanlar sanmasın! Kiprdə biri türk, digəri isə yunan olan iki MKİ casusunun ortaq kəşfiyyatları ilə nəticə almaq istəyəcəklər. Afrikada isə bu, zənci nümayəndələrin fəaliyyəti ilə böyüyən küçə etirazları vasitəsilə həyata keçiriləcək...

Amerika casuslarının sıravi görünüşlü olanları keçmişdə də təsirli olub. MKİ onsuz da belə sıravi şəxslər sayəsində böyüyüb!

İŞİD-in qurucularından biri olan Əbubəkr əl Bağdadi önəmli bir MKİ casusudur. Lakin o, bahalı kostyum geyinməmiş, 5 ulduzlu otellərdə qalmamışdır. O, həmişə çətinliklər içində MKİ üçün işləmiş bir bölgə casusu olub. Bağdadi kimi minlərlə casus var. Boko Haramın müşaviri olan Əbu Musab əl Bərnavi də MKİ casusudur. Hamısı da çox güclü və ağıllıdır.

Görünür, hər ölkədə önəmli əlaqələri olan bu casuslar 2019-da daha aktiv vəzifələrdə olacaq. Çünki ABŞ çox təsirli bir hücum hazırlayır. Bir ölkənin deyil, bir çox ölkələrin bir-biriləri ilə olan əlaqələrini kəsəcək qədər güclü bir hücum hazırlığındadır. Pentaqon bu tarixi əməliyyatların uğurlu olması üçün MKİ ilə birlikdə bəzi qərarlar alır.

Bir gün səhər oyanıb görəcəyik ki, hər yerdən əməliyyatlar başlayıb. ABŞ Dərin dövlətində bir çox şəxs bu məsələ üçün işləyir. Görək plan sızdırılacaq? Qarşısı alınacaq? Bilmək olmur...

Amma müharibənin artıq böyüdüyü də bir həqiqətdir.

Tərəflərin müəyyənləşməsi üçün bir qırılma olması mütləqdir. Artıq bu nöqtəyə gəlmişik. Trampın düz yanından başlayan dalğa, bəlkə, onu da içinə çəkib bura qədər gətirəcək. Ən önəmlisi budur!

Aminullah ilə uyğurlar üzərindən Çinlə Türkiyənin arasını vurmağa çalışacaqlar. Bəlkə, elə Qətərlə də...

Hətta Kiprdə də nə olacağı bilinmir!

YPG ilə bir addım atılacağı da sual altındadır. İpək Yolu üzərindəki birliyi dağıtmaq üçün qərarlar verilib. Bu müharibə pulun istiqamətinin və mərkəzinin müəyyənləşməsi üçündür!

Məsələ pul olanda itkilər də böyük olur. Əsas odur, biz diqqətli olaq... Fırtınadan sonrakı bahar! Bunun da öhdəsindən gəlib irəliyə baxaq...

Tərcümə PİA.az-ındır

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031