Qapı-qapı düşüb pul yığırlar - Bakıda koronavirus fırıldaqçılığı - VİDEO

Qapı-qapı düşüb pul yığırlar - Bakıda koronavirus fırıldaqçılığı - VİDEO
 
Dünyanı qorxuya salan koronavirus təhlükəsi artıq ölkəmizə də gəlib çıxıb. Amma bu dəfə virus özü yox, bundan istifadə edən işbazlar peyda olub.

Sfera.az xəbər verir ki, ARB TV-nin "Günə doğru” verilişində koronavirus fırıldaqçıları ilə bağlı süjet yayımlanıb.Belə ki, naməlum şəxs və ya şəxslər şəhərin müxtəlif ünvanlarında qapı-qapı düşərək insanlardan pul tələb edir. Bu pul müqabilində onların mənzillərini virusa qarşı dezinfeksiya edəcəklərini bildirirlər.

 
Sakin: "1 nəfər oğlan idi. Qapını açmadıq, amma dedi ki, epidemiologiyadan gəlmişəm”.

Sakin: "Hər evdən 3 manat yığırıq, dərman almaq üçün”, - dedi. Qoruyucu geyimdə idi oğlan, əlindəki alətlə ətrafa dərman səpələyirdi. Sonra çıxdı getdi”.

Sakin: "Qurd yox, quş yox, ağcaqanad yox. İndi niyə edirsən? Dedi bizə göstəriş veriblər. Soruşduq göstərişi kim verib, cavab vermədi. Amma qabağında belə vizitka kimi bir şey var idi, qırmızı rəngdə paltarı var idi. Birinin də ağzında maska var idi. Dedilər hər evdən 3 manat yığırıq, ver. Aldı 3 manatı məndən, getdi”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, hazırda onlara hər hansı bir tapşırıq verilməyib. Yalnız müraciət olduğu halda dezinfeksiya işləri aparıla bilər:

"Kifayət qədər özəl sektora mənsub olan belə dezinfeksiyaedici şöbələr mövcuddur. Hansı ki, bunlar ayrı-ayrı fiziki şəxslərə aiddir. Bunlar ancaq bağlanmış müqavilə əsasında xidmət göstərə bilər. Müqviləsiz hansısa qapını döyüb "biz dezinfeksiya işi aparmağa gəlmişik" deyə bilməz, icazəsi yoxdur.

Ayrı-ayrı evlərdən rəsmi qaydada müraciət əsasında ödənişli xidmət göstərilir. Təsərrüfat hesabına işləyən idarədir. Onlar da bu müqavilə əsasında xidmət göstərə bilərlər”.

Vətəndaşlara tövsiyə olunur ki, gələn şəxslərdən şəxsiyyət vəsiqəsi, işlədiyi yerin vəsiqəsini tələb etsin. Eyni zamanda sakinlərə belə halla rastlaşdıqda hüquq-mühafizə orqanlarına müraciət etmələri məsləhət görülür.



OXŞAR XƏBƏRLƏR

"Aston Villa" ilə müqaviləni uzatdı, "Barça"ya "yox!" dedi 

İspaniyalı mütəxəssis Unai Emeri Birmingem "Aston Villa" ilə müqaviləsini 2027-ci ilə qədər uzadıb.   Sfera.az bildirir ki, daha əvvəl məşq...

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-ın Dövlət katibi və Ermənistanın baş nazi...

Bakıda türk dövlətlərinin qiymətləndiricilərinin “Zirvə Görüşü” KEÇİRİLƏCƏK

Mayın 31-dən iyunun 2-nə qədər Bakıda türk dövlətlərinin qiymətləndiricilərinin növbəti “Zirvə Görüşü” keçiriləcək.   Bunu Sfera.az-a Azə...

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır"

Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin...

Kloppun yerinə yeni namizəd var - Danışıqlar BAŞLADI

Fransanın “Lill” klubunun baş məşqçisi Paulo Fonseka “Liverpul”da Yurgen Klopun yerinə namizəddir.   Sfera.az bildirir, mers...

Azad olunan Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.   Bu barədə...