“Qapalı geyinə bilmərəm...” - FOTOLAR

“Qapalı geyinə bilmərəm...” -  FOTOLAR

Tədbirlərin birinə qatılan teleaparıcı Afaq Gəncəli kamera qarşısına keçib. “Qafqazinfo”ya maraqlı pozalar verən aparıcı yeni mövsümdə “Onlar” verilişindəki yeniliklərdən danışıb:

“ “Onlar” öz formatında qalır, böyük dəyişiklik olmayacaq. Yeni rubrika olacaq, “Sən inanmayacaqsan” adlı rubrika yeni sezona damğasını vuracaq. Bu dəfə qəhrəmanlarımız öz-özləri ilə qalmaqal edəcək.Bu haqda geniş danışmaq istəmirəm. Veriliş yeni sezonda efirə gedəndə tamaşaçılar hər şeyin şahidi olacaq. Bu dəfə tamaşaçıları çox təəccübləndirəcəyik”

Gəncəli həmkarlarının çatışmayan cəhətlərindən də söhbət açıb:

“Təkrarçılığı bəyənmirəm. Televiziyalar yeni tendensiya ilə çalışırlar. Bizim tamaşaçılar vizual görüntüyə daha çox üstünlük verirlər. Vizual görüntü vacibdir. Biri var boş, köpük, biri də insanın daxili aləmi ilə vəhdət təşkil edən vizual görüntü var. Bizim televiziyalara daxili və xarici gözəl, intelektual aparıcılar lazımdır. Əfsuslar olsun ki, bizdə belə aparıcılar azdır. Hazırda çox az aparıcı özünü sima olaraq təsdiq edib”.

Teleaprıcı həmkarının açıq-saçıq geyimlərinə və nitq qüsurlarına görə, tez-tez tənqid olunmalarına da münasibət bildirib:

“Həmkarlarımın geyimlərini tənqid edə bilmərəm. Mən də qapalı libaslar geyinmirəm. Lakin heç vaxt əndazəni aşmıram. Aparıcı olaraq çərçivəni qoruyub saxlayıram. Şou verilişi təqdim edirəm, qapalı geyinə bilmərəm. Bu formatıma uyğun deyil. Əndazəni aşanlar da var. Həmkarlarım haqda pis danışmaq istəmirəm, ətlərini yesəm, sümüklərini atmaram. Hər zaman həmkarlarıma dəstək olmuşam, əl uzatmışam. Onlar da mənə əl uzadıblar. Çoxlarının nitqində qüsurlar var, tələsik və ya pafosla danışırlar, dediklərini anlamaq olmur. Bu da tamaşaçıya xoş gəlmir. Mənim də danışığımı bəzi tamaşaçılar bəyənmir. Deyirlər ki, Afaq əzilə-əzilə danışır. Amma bu mənim danışığımdır, belə adət etmişəm. Fəxr edirəm ki, incəsənət məktəbi görmüşəm, səhnə danışığı müəllimlərim olub, düzgün danışıq, nitq və hərflərin düzgün səslənməsindən xəbərdaram. Azərbaycan Dövlət Televiziyasının məktəbini görmüşəm. Ekran qarşısındakı tamaşaçı ilə düzgün təmasda olmağı bacarıram. Gərək tamaşaçını qıcıqlandırmayasan. İstəyərdim ki, bizim bir çox aparıcılar məktəb oxumasalar da, kurslar keçsinlər”. 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...