Qan azlığını aradan qaldırır, qaraciyərin dostudur - Doşabın FAYDALARI

Qan azlığını aradan qaldırır, qaraciyərin dostudur - Doşabın FAYDALARI

Bəkməzdə (doşab) baldan 8 dəfə çox dəmir var. Bəkməz qan azlığı, mineral çatışmazlığı, saç tökülməsi kimi problemlər zamanı köməyimizə çatır.

Sfera.az medicina.az-a istinadən bildirir ki, bəkməz başdan-başa bir mineral qaynağıdır. Əgər bənizi solmuş, qanı az olan birisini görsəniz, ona gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı bəkməz içməsini söyləyin. Cəmi 15-20 gündən sonra həmin insanın necə dəyişdiyini görəcəksiniz. Təsəvvür edin ki, 1 xörək qaşığı tut bəkməzini içmək 1 stəkan tut yeməyə bərabərdir, yəni 1 stəkanın içindəki minerallar 1 xörək qaşığına yığılmışdır. Bəli, bəkməz təzə meyvənin yerini verə bilməz. Çünki bişəndə bəzi vitaminlər (hansı ki, suda həll olur) parçalanır, amma yağda olan vitaminlər və minerallar parçalanmır.

Bəkməz qan azlığında, soyuqdəymələrdə, bronxitlərdə (çox yaxşı bəlğəmgətiricidir), qaraciyər xəstəliklərində, halsızlıqda, immunitet zəifliyində, sümük əyilmələrində və əriməsində (kalsium çatışmazlığında osteoporoz), ağız-boğaz yaralarında (ağızda bir müddət saxlanılır, sonra udulur) insan orqanizminə çox güclü təsir edir. Tut bəkməzində sink çox olduğunda prostat problemi olanlar üçün çox faydalıdır. Bəkməz böyüməkdə olan uşaqlarımız üçün də mükəmməl qidadır. Uşaqların minerallara daha çox ehtiyacı var. Bəkməz qan damarlarının içini yağlardan təmizləyir, bununla da ürək və qaraciyərin daha yaxşı işləməsinə şərait yaradır.

Başdan-başa enerji mənbəyi olan doşaba "qaraciyərin dostu" desək, yanılmarıq. Bu nemət həm də dalaq böyüməsində faydalıdır. Şəkər xəstələri doşabı çox az istifadə etməlidirlər. Yaxşı olar ki, turş nar bəkməzindən istifadə etsinlər.

Əncir bəkməzi ürəyi zəif olanlar, tez-tez qıcolmaları olanlar, öskürəkdən, babasildən əziyyət çəkənlər üçün faydalıdır. Ürəyin vurma gücünü artırır. Dəridə səpmə və ləkələri olanlar üçün də faydalıdır.

 

Tut bəkməzi daha çox istifadə olunur. Belə deyək, bəkməzlərin şahıdır. Ana südünü artırır, böyrək və sidik yollarının həm daş xəstəliyində, həm də iltihabi xəstəliklərində faydalıdır, əsəbləri sakitləşdirir, uşaqlarda beyin inkişafını sürətləndirir, mədə-bağısaq yaralarında çox faydalı olmaqla yanaşı, ağciyər xəstəliklərinə də müsbət təsir edir. Bəkməzi su ilə də qarışdırıb içə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...