Qalmaqallı seçki dairəsinin müşahidəçilərini polis saxlayıb - Video

Qalmaqallı seçki dairəsinin müşahidəçilərini polis saxlayıb - Video
125 saylı Zəngilan-Qubadlı seçki dairəsində baş verən prosesləri bu dairədən deputatlığa namizəd Anar Əsədli ictimailəşdirib.

Sfera.az "Yeni Sabah”-a istinadla xəbər verir ki, deputatlığa namizəd bildirib ki, onun müşahidəçiləri Səddam Orucov və Ceyhun Bəhramov polis tərəfindən saxlanılıb.

"125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 38 saylı məntəqəsində topa bülleten atan seçicilərə etiraz edən müşahidəçilərimizə fiziki güc tətbiq edilib”,-deyə A.Əsədli bildirib.

O, qeyd edib ki, 38 saylı məntəqədə Anar Əsədli və digər deputatlığa namizədlərin müşahidəçi qrupu polis maşınına doldurularaq naməlum istiqamətə aparılıb.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sosial şəbəkələrdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində baş verən proseslərə münasibət bildirib. O qeyd edib ki, paylaşılan məlumatlarla bağlı əvvəlkindən də kəskin və ciddi ölçü götürüləcək.


OXŞAR XƏBƏRLƏR