Sİyasət

Qalib idmançılara 25000 manat veriləcək - Prezidentdən sərəncam

Qalib idmançılara 25000 manat veriləcək - Prezidentdən sərəncam
Prezident İlham Əliyev Argentina Respublikasının Buenos–Ayres şəhərində keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Sfera.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün Milli Olimpiya Komitəsinin mükafatlarının məbləği aşağıdakı qaydada müəyyən edilsin:

- Birinci yeri tutan hər bir idmançıya 25 min manat, onun məşqçisinə isə 12 min 500 manat

- İkinci yeri tutan hər bir idmançıya 15 min manat, onun məşqçisinə isə 7 min 500 manat

- Üçüncü yeri tutan hər bir idmançıya 10 min manat, onun məşqçisinə isə 5 min manat

- Komandanın baş məşqçisinə idman növü üzrə ən yüksək nailiyyət göstərmiş idmançıya görə şəxsi məşqçisinin aldığı məbləğ qədər (bir dəfə).
AdRiver

XƏBƏR LENTİ