“Qalatasaray”dan uşaqlara BÖYÜK JEST

“Qalatasaray”dan uşaqlara BÖYÜK JEST

"Qalatasaray" uşaqlara jest edib.

 

Sfera.az xəbər verir ki, komandanın ev oyunlarını keçirdiyi "Türk Telekom Arena"da uşaqlar üçün xüsusi tribuna hazırlanıb.

 

"GSStore Çocuk Tribünü" adı verilən tribuna "GSStore Çocuk Tribünü Aslan Parçalarını bekliyor" şüarı ilə təqdim olunub. Bildirilib ki, 2016/17 mövsümündə azyaşlı "Qalatasaray"lılar özlərinə məxsus tribunadan komandanın oyunlarını izləyəcək, matçlardan əvvəl və sonra onlar üçün nəzərdə tutulan əyləncə sahələrində xoş vaxt keçirə biləcəklər.

 

15 iyulda satışa çıxarılacaq 999 lirə dəyərindəki paketə kombinə bileti, komandanın forma dəsti, bayraq və s. daxildir.

 

Uşaqlar üçün ayrılan tribuna 8-14 yaşlılar üçün nəzərdə tutulub. Valdeynlər ən azı bir uşaqla eyni qiymətə kombinə kartı ala bilər.



OXŞAR XƏBƏRLƏR