"Qalatasaray" zəif rəqibə uduzdu-VİDEO


Türkiyə kubokunun B, D, E, F, G, H qruplarında növbəti oyunlar keçirilib.
E qrupunda mübarizə aparan "Qalatasaray” səfərdə 3-cü liqa təmsilçisi "Tuzlaspor”a 2:3 hesabıyla uduzub.
Bu oyunda "Tuzlaspor”un 1, "Qalatasaray”ın isə 2 futbolçusu (Orelyen Şedcu, Yasin Öztəkin) qırmızı vərəqə alıb. Qarşılaşmada "sarı-qırmızılar"ın qollarına Orelyen Şedcu və Martin Linnes imza atıblar. Hazırda 9 xala malik "Tuzlaspor” qrupa başçılıq edir. "Qalatasaray” 5 xalla 3-cü pillədədi.
B qrupunda "Kasımpaşa” səfərdə "İnəgölspor”a 3:1 hesabıyla qalib gəlib. D qrupunda yarışan "Darıca Gənclərbirliyi” və "Kayserispor”un oyununda isə birincilər üstün olub - 2:1.
H qrupunda "Konyaspor” "Gümüşhanespor”u 3:0, G qrupunda "Ümraniyespor” "Akhisar”ı minimal hesabla məğlub edib.
F qrupunda mübarizə aparan Super Liqanın lideri "Başakşəhər” "Göztəpə”yə şans verməyib - 2:0.

 

DİGƏR XƏBƏRLƏR