Qaladakı qəzada ölənlər dəfn edildi, qonaq gedirlərmiş... - FOTO

Qaladakı qəzada ölənlər dəfn edildi, qonaq gedirlərmiş... - FOTO
Noyabrın 17-də Xəzər rayonunda baş verən dəhşətli qəzada ölən 4 nəfər Şamaxının Qızmeydan kəndində torpağa tapşırılıb.
 
 
Sfera.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Qala qəsəbəsi ərazisində Bakı şəhər sakinləri - Hidayət Hümbətov və Vüqar Dadaşovun idarə etdikləri "VAZ-2105" və "BMW" markalı avtomobillər toqquşub.

Hadisə nəticədə H.Hümbətov və qızı Rəvanə, nəvəsi Rəvan, qardaşı Ağasəf hadisə yerində ölüb. Hadisə zamanı maşında olan H.Hümbətovun həyat yoldaşı Reyhan Sədullayeva və 5 yaşlı Əli isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

H.Hümbətov ailə üzvləri ilə həmin gün qızıgilə qonaq gedirlərmiş. Bunu açıqlamasında H.Hümbətovun oğlu Rəhman Hümbətov deyib. Onun sözlərinə görə, qəza baş verəndən sonra "BMW"in sürücüsü tərəfindən heç kim Hümbətovlar ailəsiylə maraqlanmayıb.

"Xəstələrimiz xəstəxanada qalıb. Maddi imkanımız da yoxdur. Anamın vəziyyəti yaxşı deyil. 10-RE-081 dövlət nömrə nişanlı "BMW"in sürücüsü Vüqar isə həbs edilməyib. Hazırda işin istintaqını Bakı Şəhər Baş Polis İdarəsi aparır", deyə o, qeyd edib.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...