\"Qafqaz\" universitetinin 6 min diplomu tanınmayacaq

\

Türkiyənin Ali Təhsil Şurasının (YÖK) qərarına əsasən 2016-cı ilə qədər "Qafqaz” Universitetindən məzun olan və təhsilləri davam edən tələbələrin diplomları Türkiyə tərəfindən tanınmayacaq.

"Qafqaz” Universitetinin rektoru Havar Məmmədov AzVision.az-a açıqlamasında bildirib ki, bu, 6000-dən çox tələbəyə təsir edəcək. 

"Qafqaz" Universitetinin diplomlarının tanınması ilə bağlı artıq Türkiyənin Ali Təhsil Şurası qərar qəbul edib. Bu məsələ həm Təhsil Nazirliyi, həm də Türkiyədəki səfirliyimizlə dəqiqləşdirilib. Bu günə qədər universitetin 6000 məzunu olub. Bu məzunların içərisində Türkiyədən gəlib burada oxuyanlar da var. Belə qərarın qəbul edilməsi universiteti bitirib Türkiyəyə gedən məzunların narahatçılığına səbəb olur. Onlar bizə müraciət edirlər, amma artıq YÖK qərar qəbul edib”. 

H.Məmmədov qeyd edib ki, universitetin rəhbər heyəti, professor-müəllim heyəti dəyişdirildikdən sonra qəbul olunan tələbələrin diplomları Türkiyə tərəfindən tanınacaq. "Sentyabr ayından univeristetin idarə olunması, professor-müəllim heyəti azərbaycanlılara həvalə edilib. Burada bir nəfər də kənar işçi yoxdur. Bundan sonra qəbul olunan tələbələrin diplomları tanınacaq. Hər ölkədə diplomların tanınma qaydası var. Hələlik bu diplomlar Türkiyə tərəfindən tanınmayacaq”. 

Qeyd edək ki, 12 yanvar 2017-ci il tarixində "Yeni Şafak" qəzetində Azərbaycanda fəaliyyət göstərən Qafqaz Universiteti ilə bağlı xəbər dərc olunub.

Xəbərdə qeyd edilib ki, Türkiyə Respublikası Ali Təhsil Şurası (YÖK) tərəfindən 2016-2017-ci tədris ilində "Qafqaz" Universitetinə qəbul olunan tələbələr məzun olduqdan sonra (yəni 4 il sonra) onların diplomları normal qaydada tanınacaq. 2016-cı ilə qədər məzun olan və təhsilləri davam edən tələbələrin diplomları isə tanınmayacaq.



OXŞAR XƏBƏRLƏR

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edildi: Ölənlər var

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib.   Sfera.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi mitinq iştirakçıları...

Fransa Azərbaycandakı səfirini GERİ ÇAĞIRDI

Fransanın Azərbaycandakı səfiri Ann Buayon məsləhətləşmələr üçün geri çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirl...

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Terhi Hakalanı qəbul edib.   Bu barədə Musa...

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

“Aprel ayının 3-də Prezident Yanında Əfv Məsələləri Komissiyası öz iclasına başladı. İlk iclasda 100-dən artıq müraciətə baxıldı. Müvafiq rəylərin hazırla...

Almaniya prezidenti Türkiyəyə gedir – RƏSMİ

Almaniya prezidenti Frank-Valter Ştaynmayer gələn həftə üçgünlük səfərlə Türkiyəyə gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı Almaniya pr...

Sülhməramlılar Azərbaycanı tərk etdi - VİDEO

Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib.    Sfera.az bu barədə Musavat.com-a istinadən xə...