Qafqaz Universiteti Elmar Qasımova verildi (YENİLƏNİB)
Bakı Ali Neft Məktəbi Qafqaz Universitetinin onların idarəçiliyinə verilməsi ilə bağlı məlumat yayıb.
Publika.az-a daxil olan məlumatda deyilir ki, qərara əsasən, Qafqaz Universitetinin tələbələri ali təhsilini, pedaqoji heyəti də fəaliyyətini olduğu kimi davam etdirəcək. Qafqaz Universiteti BANM-in idarəçiliyi ilə fəaliyyət göstərəcək.
***
16:15
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin bugünkü qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib.
Publika.az xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov məlumat verib.
Onun sözlərinə görə, tələbələr təhsilini olduğu kimi davam etdirəcək, müəllim və pedoqoji heyət də fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, "Qafqaz” Universitetinin təsisçisi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.