Qafqaz Universiteti dövlət universiteti olacaq – Rektordan AÇIQLAMA

Qafqaz Universiteti dövlət universiteti olacaq – Rektordan AÇIQLAMA

 

"Qafqaz” Universitetinin ləğv olunması ilə bağlı "Vergilər” qəzetində dərc olunan məlumata universitetin rektoru Havar Məmmədov aydınlıq gətirib.

 AzVision.az-ın xəbərinə görə, rektor açıqlamasında bildirib ki, təsisçi Azərbaycan Beynəlxalq Təhsil Kompleksi tərəfindən Universitetin fəaliyyəti 9 yanvar tarixindən dayandırılıb.
 
"Hazırda Universitetdə əvəzetmə komissiyası işləyir. Universitetin adı dəyişdirilməyəcək. Hər halda dövlət universiteti olacaq. Təhsil Nazirliyi tabeliyində olan universitetlərə necə nəzarət edirsə, bu da elə olacaq. Yaxın vaxtlarda dövlət tərəfindən universitetin fəaliyyət sferası ilə bağlı qərar qəbul ediləcək”.
 
Rektor universitetin yerində qalacağını, tədris prosesinin davam edəcəyini qeyd edib. "Burada müəllimlər işləyir, tələbələr oxuyur. Təhsil proses olduğu kimi davam edir”.
 
Qeyd edək ki, "Vergilər” qəzetinin xüsusi buraxılışında yerləşdirilən elana əsasən "Qafqaz” Universiteti təsisçinin qərarı ilə könüllü şəkildə ləğv olunur. Kreditorlar iki ay ərzində tələblərini Xırdalan şəhəri, akademik Həsən Əliyev 120 ünvanına bildirə bilərlər.
 
 Qafqaz Universiteti ləğv olunduğunu elan edib. "APA-Economics” xəbər verir ki, elan "Vergilər” qəzetinin xüsusi buraxılışında yerləşdirilib.

Elana əsasən, ali təhsil ocağı təsisçinin qərarı ilə könüllü şəkildə ləğv olunur.

Kreditorlar iki ay ərzində tələblərini Xırdalan şəhəri, akademik Həsən Əliyev 120 ünvanına bildirə bilərlər.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir.   Sfera.az-ın məlumatına görə, bu b...

Ceyhun Bayramov Çexiyadakı beyin mərkəzlərini Ermənistanla normallaşma prosesi barədə MƏLUMATLANDIRIB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində beyin mərkəzləri ilə görüşdə çıxış edib.   Sfera.az xəbər verir k...

"Aston Villa" ilə müqaviləni uzatdı, "Barça"ya "yox!" dedi 

İspaniyalı mütəxəssis Unai Emeri Birmingem "Aston Villa" ilə müqaviləsini 2027-ci ilə qədər uzadıb.   Sfera.az bildirir ki, daha əvvəl məşq...

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-ın Dövlət katibi və Ermənistanın baş nazi...

Bakıda türk dövlətlərinin qiymətləndiricilərinin “Zirvə Görüşü” KEÇİRİLƏCƏK

Mayın 31-dən iyunun 2-nə qədər Bakıda türk dövlətlərinin qiymətləndiricilərinin növbəti “Zirvə Görüşü” keçiriləcək.   Bunu Sfera.az-a Azə...

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır"

Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin...