Qadınların diqqətinə! Kosmetik testorlardan istifadə təhlükəlidir - TƏFƏRRÜATLAR - VİDEO

Qadınların diqqətinə! Kosmetik testorlardan istifadə təhlükəlidir - TƏFƏRRÜATLAR - VİDEO
Kosmetik testorların hər kəs tərəfindən istifadə edilməsi təhlükəlidir.

İddianı yoxlamaq üçün girdiyimiz dükanda gözlərimizə inana bilmədik. Üzəri tüklə örtülən testor dodaq boyalarının mikrob mənbəyi olduğunu adi gözlə də gömək olur.

Müştəri kosmetika və parfümeriyaların əslini istifadə edərək korlamasın deyə onlara bu testorlar təqdim olunur. İnsanlar aldığı məhsulun rəngini, qoxusunu, yaraşıb-yaraşmadığını məhz bu testorlar vasitəsi ilə müəyyən edirlər. Satıcılar testorlara məsuliyyətsiz yanaşırlar. Çünki əksər mağazalarda vitrinə qoyulan testorların çoxu qapaqsız olur. Sınaqdan keçirənlərin sayı isə az deyil.
Kamera qarşısına keçmək istəməyən satıcılar, tuj, sürmə, dodaq boyası, ətir kimi vasitələrin testorlarının gün ərzində ən azı 10 qadın tərəfindən sınaqdan keçirildiyini bildirirlər. Adı üstündə-bunun testor olduğunu deyirlər və insanların bilərək ondan istifadə etdiyini söyləyirlər. Çox qadın israfçılıq etməmək üçün alış-verişdən əvvəl məcbur olduqlarından bu testorlardan istifadə edir.

Həkimlər isə kosmetik vasitələrin individual istifadəsini tövsiyyə edirlər. Testorlardan birmənalı şəkildə uzaq durmağı tövsiyyə edirlər. Əks halda allergik reaksiyası ola və bəzi dermataloji problemlər yarana bilər.

Testorların görnüş üçün yox, sağlamlıq üçün istehsal olunduğunu bildirirlər. Testor əlin nazik dərisinə çəkilməlidir. Çünki dərman vasitələrində olduğu kimi, kosmetik testorların da dəriyə düşüb-düşməmək ehtimalı var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


OXŞAR XƏBƏRLƏR