Qadınların dərdi – Çillər və piqment ləkələri

Qadınların dərdi – Çillər və piqment ləkələri

 

Yayın gəlməsi ilə bəzi qadınların üzündə çillər görünməyə başlayır. Təəsüflə qeyd etmək lazımdır ki, bunun qarşısını almaq və birdəfəlik yox etmək mümkün deyil. Ona görə də hər il yaz və yay aylarında çillərin və piqment ləkələrinin qarşısını ala bilən vasitələrdən istifadə etmək lazımdır.


Əgər çillər artıq əmələ gəlmişdirsə, onda gündəlik qoruyucu kremlərdən başqa yağlı, çilli dəriyə limon şirəsi, üzüm sirkəsi, baş soğan, quru çilli dəriyə isə qıcqırmış qatıq, kefir sürtmək olar. Qatığı 15-20 dəqidə üzdə saxlayıb yumaq və sonra qoruyucu krem çəkmək lazımdır.

Çil və piqment ləkələrinə balla qaymaq qarışığı ağardıcı təsir göstərir.

Cəfəri xırda doğranılır, suyu çıxana qədər əzilir, üzə yaxılır. 15 dəqiqə sonra ilıq su ilə yuyulur.

Çillər çoxdursa üzə ağardıcı kremlərdən sürtmək daha məqsədəuyğun olar. Ağardıcı kremlər üzə gecə yatmazdan əvvəl nazik təbəqə şəklində çəkmək lazımdır. Ağardıcı kremlərin yaxşı təsir etməsi üçün onu üzdə uzun müddət saxlamaq lazımdır. Ağardıcı kremlərdən uzun müddət istifadə etmək orqanizmə zərərli təsir edir .Buna görə də ləkələri təbii üsullarla yox etmək daha məqsədəuyğundur.

Qıcqırmış qatıqla buğda kəpəyinin qarışımı çillərin rəngini açır və dərini ağardır.

Üzdə olan piqment ləkələrini aparmaq üçün xiyar maskasından istifadə etmək kifəyətdir. Bunun üçün bir-neçə qabıqlı xiyar sürtkəcdən keçirilir, üzərinə bir o qədər zeytun yağı əlavə olunur və su hamamında qızdırılır. Qatılaşmağa başladıqda götürülür və süzkəcdən keçirilir. Sonra yenidən süzgəcdən keçirilmiş xiyar əlavə edilir və yenidən qızdırılır. Qarışıma 5-6 dəfə sürtkəcdən keçirilmiş xiyar əlavə edilir və hər dəfə də qızdırılır. Sonda zərif ağ krem alınır. Krem şüşə qaba tökülüb soyuducuda saxlanılır. Təbii yolla hazırlanmış bu krem üzdə olan çil və piqment ləkələrini aparmaq qabiliyyətinə malikdir.

Üzdəki ləkələri aparmaq üçün ağardıcı plastırdan da istifadə etmək olar. Plastr güclü ağardıcı təsirə malik olduğu üçün onu yanlız çillərin və piqment ləkələrinin üzərinə sürtmək lazımdır.

Pasta hazırlamaq üçün 2 çay qaşığı buğda və ya düyü ununu 1 xörək qaşığı üzüm sirkəsi və 1 çay qaşığı bal ilə qarışdırın. Pasta ləkələrin üstünə sürtülüb 20-30 dəqiqədən sonra quru pambıqla silininir, yuyulur. Bu 3 həftə ərzində hər gün təkrar olunarsa, dəridəki ləkələr keçib gedər.



OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...