Qadınların basdırıldığı kütləvi məzarlıq tapıldı
20:34 / 11.01.2019
6186
İraqda kütləvi məzarlıqlar aşkar olunub.
Mosul polisi şəhərin 40 km cənubundakı Şora rayonunun Kabir kəndi yaxınlığında 38 qadının cəsədinin basdırıldığı yer aşkar ediblər.
İraq rəsmilərinin sözlərinə görə, İŞİD-in bölgədə hakim olduğu 2014-2017-ci illər ərzində minlərlə mülki əhali öldürülüb və yoxa çıxıb. İndiyə qədər 200-ə qədər kütləvi məzarlıqlar aşkar olunub.