Cəmİyyət

Qadınlar bayramında HAVA necə olacaq? - PROQNOZ

Qadınlar bayramında HAVA necə olacaq? - PROQNOZ

Bakıda və Abşeron yarımadasında Martın 08-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecədən başlayan yağışın gündüz kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. 

Sfera.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 8 dərəcəyə yaxın isti təşkil edəcək. 
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95, gündüz 60-70 dərəcə isti olacaq. 
Azərbaycanın rayonlarında martın 08-də bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti təşkil edəcək. 

Tibbi-meteoroloji proqnoz martın 08-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031