“Qadının açıq-saçıq geyinməyinin dində cəzası yoxdur\" - Elşad Miri

“Qadının açıq-saçıq geyinməyinin dində cəzası yoxdur\

İnsan var olduğundan inanclar həyatının bir parçası olub. Bəzən bunlar batil olsa da, ara-sıra ifrat dərəcəsinə qədər yol ala bilir. Nədir bu deyimlər, inanclar? 

Bu sualla ilahiyyatçı Elşad Miriyə müraciət etdik. 

Sfera.az milli.az-a istinadla xəbər verir ki, ilahiyyatçı ölkə.az-ın boş inanclarla bağlı suallarına maraqlı cavablar verib.

- Elşad bəy, müxtəlif zamanlarda mediaya verdiyiniz açıqlamalar geniş rezonansa səbəb olub. Bunu xüsusən də müxtəlif inanclar və adətlər haqqında demək olar. Elə bu dəfə də mövzumuz xüsusən inanclarla bağlıdır. Məsələn, bəzi insanlar düşünürlər ki, boş vedrə ilə onların qarşısına kimsə çıxsa, işləri düz gətirməyəcək. 

- (gülür) Söz tapa bilmirəm. Sizə bir şey deyim, bu cür mövhümat xarakterli məsələlər dindən uzaq qaldıqca yaranır. İnsanlar əsl dindən, "Quran"dan uzaq qaldıqca bu cür yanlışlıqlara sürüklənirlər. Allahın kitabı qalır bir yana, insanlar özləri üçün din anlayışı yaradır. 

- Başqa bir inanca görə, gecə vaxtı borca pul vermək olmaz...

-Yaxşı, bəs kiməsə təcili lazımdırsa, əməliyyata girəcəksə, necə olacaq? Bunlar elə bil bank sektorudu, axşam saat 6-dan sora işləmirlər (gülür). Özünüz düşünün.

- Sol əllə yemək yemək olarmı?

-Hətta bununla bağlı belə bir şey uydurublar ki, bir gün peyğəmbər sol əllə yemək yeyən insan görüb və ona bəddua edib. Yaxşı, bir adam solaxaydısa, nə etsin, ac qalsın?

- May ayında toy məsələsi necə? Həqiqətənmi bu ayda toy etmək olmaz?

- İslam təqvimində ümümiyyətlə, may adında ay yoxdu. Bu sonradan rusların inanclarına görə, ortaya çıxmış bir məsələdir.

- Qara pişik qarşından keçdisə, işlərin uğursuz olacaq. Bu inanca nə deyirsiniz?

- Sizə belə bir şey deyim. Yaxşı bəs qaradərili bir insanın qarşısından ağ pişik keçsə necə? Mənim fikrimcə, bu, irqi ayrı-seçkilik salmaqdı. Boş inancdır.

- Süpürgə ayağına dəydisə, tüpürmək lazımdırmı? 

-  Bəs tozsoran ayaqlarına dəysə, görəsən hara tüpürəcəklər? 

- Gecə güzgüyə baxmaq necə, deyirlər olmaz. Doğurdanmı bu, belədir?

- Bəli, düzdü. Çirkin adamlar gecə güzgüyə baxsalar, özlərindən qorxa bilərlər (gülür). 

- Qırxı çıxmamış uşağın üstünə gəlmək olmaz fikri ilə razısınızmı? 

- Bilirsiniz, mən bu haqda həkimlərdən soruşmuşam. Onlar qeyd edirlər ki, təzə doğulan uşaqların immuniteti zəif olduğu üçün qıraqdan gələn mikroblara tez yoluxa bilərlər. Bunun dinlə heç bir əlaqəsi yoxdur. 

- Yəni deyirsiniz ki, bu məsələ daha çox tibblə əlaqəlidir?

- Əlbəttə. Fikir versək, çox şeylərin tibb ilə əlaqəsi var. Ancaq bir var elmi tibb, bir də var türkəçarə, batil, boş tibb. Əsaslanma ancaq elmi tibbə olmalıdır.

 

- Bəs, siz necə buna inanırsız?

- Mən övladımı  40-ı çıxmamış təyyarə ilə xaricə səfərə aparmışdım. Şükür Allaha, heç nə də olmamışdı.

- Stolun küncündə oturmaq olmazmı? 

- (gülür) Yəqin o zamanlar dəyirmi masalar yox imiş. Təsəvvür edin, dairəvi masada küncü necə tapmaq olar? Çox mənasız bir anlayışdır. Bir misal çəkim sizə, bir efirdə qonaq idim, mənimlə bərabər müğənni xanım da vardı. O bildirdi ki, mənim düzələcəyinə heç bir ümüdim olmayan bir işim vardı. Bir səhər qarşıma əlində təzəcə təndirdən çıxmış çörək aparan biri çıxdı. Ondan sonra bu işim düzəldi. O zaman belə çıxır ki, biz hər səhər yolumuzu  təndirin yanından salmalıyıq  ki, işlərimiz düzəlsin? Bu təfəkkür tamamən yanlışdır.

- Gecə ev süpürməzlər ki, bərəkət qaçar...

- Bu, yəqin, tənbəllərin uydurmasıdır ki, gecə ev süpürməsinlər.

- Elşad müəllim, inancların boş və batil olduğunu bildik. Bəs, İslamda içki barədə nə deyə bilərsiniz? Haram buyrulmasının bir səbəbi varmı? Bəzi içki içən insanların belə uydurması var ki, qədərində içsən haram deyil? Bu nə dərəcədə doğrudur?

- Bəli, İslamda spirtli içki birmənalı olaraq haramdır. İçki İslamın ilk yarandığı gündən qadağandır. Hətta o vərdişə görə, İslamı qəbul etməyən şəxslər olub. O məsələyə gəldikdə, deyə bilərəm ki, dənizdə batan insan, ya boğulur, ya da sağ qalır. Burada orta yol olmur. Bu da o deməkdir ki, içki, ya haramdır, ya deyil. Bunun 3-cü yolu yoxdur. Yenə təkrarlayıram, içki İslamda haramdır.

- Açıq- saçıq geyinən qadınların din qarşısında məsuliyyəti nədir?

- Din qarşısında deyə bilmərəm, amma cəmiyyət qarşısında məsuliyyəti böyükdür. O da yenə baxır qadının geyimində hansı dərəcədə açıqlıq var. Əlbəttə ki, o, cəmiyyətə və mental dəyərlərə görə, məsuliyyət daşıyır.

- Onda belə çıxır ki, açıq geyinməyin din qarşısında heç bir məsuliyyəti yoxdur?

- Allah heç zaman belə cəza növü təyin etməyib ki, qadın, ya kişi hansısa yerini açsa, ona qamçı vurulsun. Elə bir anlayış yoxdur.

- Bəzi insanlar var ki, Məhərrəm ayında saç kəsmirlər, rəngləmirlər. Həqiqətdə bu necədi? 

- Bu da, yəqin, gözəllik salonlarına etiraz edənlərin ortaya atdıqları uydurmadır. Çünki İslamda, peyğəmbərin yaşadığı dövrdə Məhərrəmlik ayında heç bir zaman nə qadağalar olub, nə də belə batil inanclar. Məhərrəmdə baş verən hadisə peyğəmbərin ölümündən 10 il sonra baş verib.

- Məhərrəmlik ayında toy etmək olar?

- Bəli, Məhərrəm ayında toy etmək olar. Çünki peyğəmbərimizin dövründə, səhabələri, ətrafı həmin ayda həmişə toy ediblər.

-Aşurada baş yarmaq, zəncir vurmaq kimi xoşagəlməz "adətlərin" alternativi kimi, kiməsə kömək etmək, əl tutmaq tövsiyə olunur....

- Burada, ümümiyyətlə, müqayisə yanlışdır. Çünki baş yarmaq, sinə vurmaq - bunların heç biri dində yoxdur. Bunlar sonradan ortaya çıxmış məsələlərdir. Bu anlayışları insanlar başqa dinlərdən götürüb, islamlaşdırıb təqdim ediblər. Bir daha təkrarlayıram ki, İslamda bunların heç biri yoxdur. Əl tutmaq, kömək etmək məsələsinə gəldikdə, bu çox gözəl bir əməldi və Allahın əmr etdiyi buyruqdur. Məhərrəmliklə, Aşurayla bunun heç bir əlaqəsi yoxdur.


OXŞAR XƏBƏRLƏR

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...