Cəmİyyət

Qadını təhqir edən şəxsin kimliyi bilindi – məmur imiş

Qadını təhqir edən şəxsin kimliyi bilindi – məmur imiş
 
Sosial şəbəkələrdə kişinin qadını təhqir etməsi ilə bağlı yayılan videoda yeni məlumatlar üzə çıxıb.

Sfera.az haqqin.az-a istinadən məlumat verir ki, qəzaya düşən xanım sürücüyə təhqiramiz ifadələr işlədən şəxsin kimliyi bəlli olub.

Qeyd olunur ki, həmin şəxs Sumqayıtın icra başçısı Zakir Fərəcovun əmisi oğlu Novruz Fərəcovdur. O, eyni zamanda dövlət məmurunun qaynıdır. Özü də dövlət işində çalışır.

Bundan başqa hadisə Bakıda deyil, Sumqayıtda, dənizkənarı parkın yaxınlığında baş verib.

Xatırladaq ki, bu gün xanım sürücü ilə digər bir şəxsin avtomobili toqquşub. Nəticədə avtomobili əzilən şəxs xanımı çox ağır şəkildə təhqir edib. Bundan başqa həmin şəxs qadını vurmaqla hədələyib. "Təpəni döyərəm maşına, ləçər". - o deyib. 
 

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031