Qadını öldürən “Porsche” deputat Cavanşir Feyziyevə aiddir - Özü sürürmüş

Qadını öldürən “Porsche” deputat Cavanşir Feyziyevə aiddir - Özü sürürmüş
Qəza Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib.

Fevralın 15-də Bakı şəhərinin Xəzər rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Məlumat verən mənbə iddia edir ki, ölümlə nəticələnən qəzada "Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında deputat Cavanşir Feyziyev olub:

"Deputatın sürücüsü 1984-cü il təvəllüdlü Abbasov Fərdi Həsənağa oğlunu prosesə sonradan cəlb ediblər. Mətbuatda da hadisə və avtomobilin əsl sahibi haqda düzgün olmayan məlumatlar yayılıb. Guya avtomobil "Avromed" MMC-yə məxsusdur, Abbasov Fərid Həsənağa oğlu da həmin şirkətin sürücüsüdür".

Xatırladaq ki, qeyd edilən qəza Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. Belə ki, "Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın "Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.

İlkin araşdırmalar zamanı ölən qadının 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı olması müəyyənləşdirilib. Hadisə ilə bağlı mediada yayılan məlumatda bildirilir ki, qəzanı törədən Abbasov Fərdi Həsənağa oğlu "Avromed” MMC-də çalışır və avtomobil də həmin şirkətin adına qeydiyyatdadır. "Qadını vuran "Porsche Cayenne GTS” markalı avtomobilin üzərindəki 90 FC 111 dövlət qeydiyyat nişanının müxtəlif vaxtlarda başqa avtomobillərin də üzərinə taxıldığı məlum olub" - deyə yayılmış məlumatlarda bildirilir. Lakin AFN-in araşdırması zamanı məlum oldu ki, avtomobil Feyziyev Cavanşir Əyyub oğlunun adınadır və qeydiyyat zamanı sistemə 0554441133 saylı telefon nömrəsi daxil edilib. Həmin nömrəyə etdiyimiz zəngə cavab verən şəxs mövzu ilə bağlı suallarımızı dinləsə də, bildirdi ki, telefon başqasınındır və hazırda sahibi yanında deyil: "Özü gəlsin deyərəm sizinlə əlaqə saxlasın". 

Qeyd edilənlərlə bağlı C.Feyziyevin mövqeyini öyrənmək üçün cəhd etsək də, təəssüf ki, deputat zənglərimizə cavab vermədi. Onun hazırda xaricdə olduğu bildirilir.


Eləcə də Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinə və Daxili İşlər Nazirliyinə etdiyimiz müraciətlərə dəqiq cavab verilmədi. BŞBDYPİ-dən istintaq getdiyi, əlavə məlumatları DİN-dən ala biləcəyimiz deyilsə də, nazirliyin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə məsələyə aydınlıq gətirməkdən boyun qaçırdı: "İstintaq materialları haqda məlumatı ancaq ki, müstəntiqdən ala bilərsiniz". Xəzər Rayon Polis İdarəsindən telefona cavab verən şəxs isə ümumiyyətlə, belə bir hadisənin baş verməsindən xəbərsiz olduqlarını bildirdi.
 

AFN-in araşdırması zamanı o da məlum oldu ki, "Porsche Cayenne GTS” 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması üçün qəza zamanı sükan arxasında olduğu deyilən Abbasov Fərdi Həsənağa oğlunun adına heç bir etibarnamə yoxdur və olmayıb.

AFN



OXŞAR XƏBƏRLƏR

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...