Qadın zoparkda qəfəsə girib, şirə əl elədi - VİDEO - FOTO

Qadın zoparkda qəfəsə girib, şirə əl elədi - VİDEO - FOTO

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

Sfera.az-ın məlumatına görə, Milli.az  The Sun-a istinadla xəbər verir ki, videoda şirin qəfəsinə girən qadının heyvanı ələ salması əks olunub. Kadrlar ABŞ-da, Nyu-York zoparkında çəkilib.

Qəfəsdə qadının qəribə hərəkətlər etdiyini görən şir hər hansı reaksiya verməyib. Qadın qəfəsdən çıxarılıb. Onun kimliyi müəyyənləşdirilib.

32 yaşlı Myah Autry qəfəsdə çəkilən videosunu paylaşaraq "heyvanlardan qorxmaq lazım deyil, onlar da bizim kimi sevgiyə ehtiyac duyurlar" şərhini verib.

Sözügedən görüntüləri təqdim edirik:



OXŞAR XƏBƏRLƏR