Qadın məhkumlar azadlığa buraxıldı - FOTO

Qadın məhkumlar azadlığa buraxıldı - FOTO
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin qadın məhkumların cəza çəkdikləri 4 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra olunub.
 
Sfera.az trend-ə istinadən xəbər verir ki, bu cəzaçəkmə müəssisəsindən 8 qadın azadlığa buraxılıb.

Tədbirdə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova da iştirak edib.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncamı imzalayıb.

Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 607 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər, cərimə cəzasına məhkum edilmiş 11 nəfər cəzadan və islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Əfv sərəncamı 39 xarici vətəndaşa, o cümlədən 11 Gürcüstan, 5 Çin, 4 Rusiya, 4 İran, 3 Türkiyə, 3 Banqladeş, 2 Türkmənistan, 2 Qazaxıstan, hərəsinə 1-i olmaqla Özbəkistan, Kamerun, Hindistan, Əfqanıstan, Ukrayna vətəndaşlarına və vətəndaşlığı olmayan 3 şəxsə də şamil olunub.

Bundan başqa, Nardaran hadisələrində təqsirləndirilən Babayev Nadir Ağaəli oğlu, Qasımov Əliağa Mahmud oğlu, Cabbarov Hilal Dəmir oğlu, Qurbanov Ələkbər Tofiq oğlu, Şahbazov Fail Atabala oğlu, Şahbazov Natiq Atabala oğlu, Quliyev Məmmədhənfə Əbdülrəhman oğlu, "2012-ci il Avroviziya işi"ndə təqsirləndirilən Abdullayev Valeh Məmmədağa oğlu, həmçinin AXCP üzvü Fərəcov Elnur Hüseynqulu oğlu və yazıçı Şəkərov Saday Əsəd oğlu da əfv olunanlar arasındadır.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ - 2

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, Təzəpir məsci...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...