Dünya

Qadın futbolçu ilə bu selfi qalmaqala səbəb oldu - FOTO

Qadın futbolçu ilə bu selfi qalmaqala səbəb oldu - FOTO

Meksikanın "Tiqres” və ABŞ-ın "Hyuston Deş” qadın komandaları arasında keçirilmiş yoldaşlıq matçı qalmaqalla yadda qalıb.

 Sfera.az oxu.az-a istinadla xəbər verir ki, Meksikada keçirilən oyun başa çatdıqdan sonra yerli tərəfdarlar tribunalara yaxınlaşan Sofia Uerta ilə şəkil çəkdirməyə başlayıb.

Səbəb onun Meksika əsilli olması olub. Ancaq azarkeşlərdən biri selfi çəkdirərkən futbolçunun döşündən tutub. Lakin qadın futbolçu buna əhəmiyyət verməyib. 

 

Bununla belə, şəkil sosial şəbəkələrdə yayılınca, tənqidlərə səbəb olub. Hətta "Tiqres” klubu rəsmi açıqlama yayaraq həmin azarkeşin şəxsiyyəti müəyyənləşəcəyi halda, ona komandanın oyunlarına qadağa qoyulacağını bildirib. Həmçinin, ABŞ klubu da rəqib komandanı dəstəkləyən açıqlama yayıb.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031