Qadın 9-cu mərtəbədən yıxıldı - Bakıda dəhşət VİDEO (18+)

Qadın 9-cu mərtəbədən yıxıldı - Bakıda dəhşət  VİDEO (18+)

Bakının Xətai rayonu, Mehmandarov küçəsində 57 yaşlı qadın 9 mərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılaraq ölüb. 

Sfera.az anspress-ə istinadən xəbər verir ki, hadisə şahidlərinin də dediyinə görə, mərhum 57 yaşlı Xatirə İsmayılova əvvəlcə dəmir günlüyün üstünə çıxaraq bir neçə dəqiqə orada dayanıb, canına qəsd etmək istəyib.

Lakin qonşuların onu dilə tutmasından sonra fikrini dəyişərək, yenidən pəncərədən içəri keçmək qərarına gəlib. Amma müvazinətini itirərək yıxılıb.

“Eyvandan baxırdım, bir də gördüm ki, üzbəüz binadan bir qadın balkonun dəmir günlüyün üstündə çıxaraq dayanıb. Əvvəl elə bildim ki, qadın aynanı təmizləyir. Sonra gördüm ki, yox qadın intihar etmək istəyir. Artıq aşağıdan qonşuları qışğırmağa başladılar ”, – deyə hadisə şahidi Vüqar Ağabəyov bildirib.

“Eyvanda durmuşdum, birdən bir qadının pəncərəyə çıxdığını gördüm. İlk öncə qadın bir müddət dəmir günlüyün üstündə çıxaraq oturdu. Sonra durmaq istəyəndə qadın müvazinətini itirərək yıxıldı”, – deyə hadisə şahidi Teymur Muradov qeyd edib.

Mərhum ailəli olub. Bina sakinlərinin sözlərinə görə, Xatirə İsmayılova buna qədər də bir neçə dəfə də intihara cəhd edib. Lakin hər dəfə qarşısı alınıb və fikrindən daşınıb.

Faktla bağlı Xətai rayon prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.


OXŞAR XƏBƏRLƏR

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...