Cəmİyyət

Qadağaları pozanlara yeni cəzalar tətbiq olunacaq

Qadağaları pozanlara yeni cəzalar tətbiq olunacaq
Azərbaycanda mitinq, küçə yürüşləri, nümayiş, piket və digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qadağaların pozulmasına görə yeni cəzalar müəyyənləşdirilir.

Sfera.az bildirir ki, bununla bağlı Azərbaycan prezidenti tərəfindən İnzibati Xətalar Məcəlləsinə 517-2.13 maddəsinin əlavə edilməsi təklif olunub.

Layihəyə görə, yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qoyulmuş qadağa və ya məhdudiyyətlərə əməl olunmamasına görə, fiziki şəxslər 300 manatdan 500 manata qədər cərimə edilir və ya işin halları, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 30 günədək müddətdə inzibati həbs tətbiq olunur.

Vəzifəli şəxslər isə 600 manatdan 900 manata qədər cərimələnir, hüquqi şəxslər isə 4 000 manatdan 6 000 manata qədər cərimə cəzası alır.

Layihə Milli Məclisin mayın 1-də və 4-də keçiriləcək ardıcıl iclaslarından birində müzakirəyə çıxarılacaq.(Apa)
AdRiver
AdRiver

XƏBƏR LENTİ

«    Yanvar 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031