Dünya

Putinlə Trampın 1.5 saat çəkən söhbəti haqda detallar açıqlandı

Putinlə Trampın 1.5 saat çəkən söhbəti haqda detallar açıqlandı
Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın prezidenti Donald Tramp arasında 1.5 saat çəkən telefon söhbəti olub.

Hər iki ölkə lideri Venesuela, Şimali Koreya, Ukraynadakı vəıziyyətlə yanaşı, ikitərəfli münasibətləri də müzakirə ediblər.

Kremldən verilən məlumata görə, 1.5 saat çəkən müzakirədə Putin Venesueladakı vəziyyətlə bağlı Moskvanın mövqeyini açıq ifadə edib. 

Putin deyib ki, həm ölkənin, həm də ölkə rəhbərliyinin gələcəyini ancaq xalq təyin edə bilər: "Venesuelanın daxili işlərinə müdaxilə və yaxud ölkə rəhbərliynin zorla dəyişdirilməsi böhranı daha da ağırlaşdıracaq, siyasi həll yoluna böyük zərbə olacaq".

Bildirilib ki, Putin Trampı Kim Çen İnla görüşü haqda da məlumatlandırıb. O, Koreyaya tətbiq edilən sanksiyanın zəiflədilməsini istəyib. Rusiya lideri, eyni zamanda, rəsmi Kiyevin "Minsk anlaşması"nın tətbiqi məsələsində lazımı addımlar atmasının gərəkliyini deyib.

Daha sonra ikitərəfli münasibətlərin yenidən bərpa edilməsi üçün müvafiq addımlar atılması da müzakirənin əsas mövzularından olub.

Ağ Evin sözçüsü Sara Sanders isə deyib ki, hər iki lider nüvə silahsızlaşdırılmasına yönəlik yeni sazişlə bağlı da müzakirə aparıblar: "Tramp Venesuela rəhbərliyinin də sülh yolu ilə dəyişməsinin gərkliyini Putiinin diqqətinə çatdırıb".

Mia.az

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031