Dünya

Putinin Türkiyəyə səfərinin vaxtı açıqlandı

Putinin Türkiyəyə səfərinin vaxtı açıqlandı

Kreml Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yanvarın 8-də gözlənilən görüşünü təsdiqləyib.

Bu barədə "RİA Novosti” RF Prezidentinin Mətbuat Xidmətinin rəhbəri Dmitri Peskova istinadla xəbər verib.

Bildirilir ki, görüşün İstanbulda keçiriləcəyi ehtimal edilir.

Açıqlamada o da vurğulanır ki, səfərdə əsas mövzu "Türk axını”nın açılışı olacaq.

"Bu vacib beynəlxalq layihənin Türkiyə ilə əlaqədar ərazisinin yerüstü hissəsi məhz həmin tarixdə başa çatacaq”, - deyə Peskov əlavə edib. (oxu.az)


XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031