Putinin qiyamət günü silahı: sürəti ilk dəfə açıqlandı

Putinin qiyamət günü silahı: sürəti ilk dəfə açıqlandı
Rusiyanın sınaqdan keçirməyə hazırlaşdığı sualtı strateji pilotsuz aparatı "Poseidon”un maksimal sürəti məlum olub.
Sfera.az xəbər verir ki, bu haqda Rusiyanın hərbi-sənaye kompleksindəki mənbə TASS-a bildirib.

Həmin supersilah haqda prezident Vladimir Putin 2018-ci ilin martında elan etmişdi. Daha sonra internet səsverməsi yolu ilə silaha "Poseidon” adı verilmişdi.

Göstəriciləri tam açıqlanmasa da məlumdur ki, "Poseidon” nüvə mühərrikli sualtı silahdır, təxminən torpedonu xatırladır. Bu pilotsuz sualtı döyüş aparatı nüvə başlığı ilə təchiz oluna bilir və sualtı qayıqdan buraxılmaqla qeyri-məhdud mənzilə malikdir. Qərb hərbi ekspertləri ona "qiyamət günü silahı” adı veriblər. Çünki nüvə başlığı ilə təchiz edilmiş "Poseidon” ABŞ-ın Atlantik sahillərində partlasaydı hündürlüyü 100 metrə çatan sunami dalğaları yaranardı və bir çox iri şəhərləri radiasiyalı dəniz dalğaları basardı. Bu isə milyonlarla insanın həlak olmasına gətirib çıxaracaq.

TASS-a məlumat verən mənbə bildirib ki, daşıyıcı sualtı qayığı tərk edəndən sonra "Poseidon” 1 km dərinlikdə saatda 200 kilometr sürətlə (110 dəniz uzluna yaxın) hərəkət edəcək. Mənbə sualtı aparatın hava "buludunda” hərəkət edəcəyini və nəticədə suyun müqavimətinin azalacağını bildirib.
 

Virtualaz.org

OXŞAR XƏBƏRLƏR

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...