Putinin Merkelə gül buketi verməsi almanları özündən çıxardı - FOTO

Putinin Merkelə gül buketi verməsi almanları özündən çıxardı - FOTO
Almaniyanın məşhur bulvar qəzetlərindən biri "Bild” Rusiya prezidenti Vladimir Putinin Almaniya kansleri Angela Merkeli alçaltdığını yazıb.

Sfera.az xəbər verir ki, iki lider keçən həftə Soçidə görüşmüş və Putin ölkəyə gələn qadın siyasətçilərə hədiyyə etdiyi kimi Merkelə də gül buketi təqdim etmişdi.

"Bild” qəzetinə görə, Putin verdiyi buketlə Merkelə qadın olmasını və yerini bilməsini xatırladıb. 

"Merkelə hədiyyə edilən buketin arxasında bir mesaj vardı. Bu jest nəzakət nümayişi kimi qəbul olundu, ancaq əslində alçaltma mesajı idi. Dünya siyasətçiləri əl sıxmaqla kifayətlənməlidirlər” – qəzet belə yazır.

Alman qəzetinin iddiasına Rusiyanın da cavabı gecikməyib. Dumanın sədr müavini İrina Yarovayanın cavabı belə olub:

"Qadınlara gül vermək əla ənənə və xüsusiyyətdir. Qadın siyasətçi və ya dövlət başçısı olsa da. Bunda alçaldıcı bir şey axtarmaq insanlıq baxımından əskiklik deməkdir. Bu məntiqlə həmkarına "xanım”, ya da "frau” deyə müraciət etmək də alçaltmaqdır”.
 
Rəsul
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər...

Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək kimi möhkəm təmələ əsaslanır

Ümummilli Lider, dahi rəhbər Heydər Əliyev hələ Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində işlədiyi müddətdə bütün S...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar AŞKARLADI

COP29 konfransının keçirilməsi ilə əlaqədar ölkəyə xeyli sayda xarici qonaqların gəlməsi nəzərə alınaraq, tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz...

Sabah 30 dərəcə isti OLACAQ

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...