Putinin istifadə etdiyi zirehli “Aurus”dan hər kəs sifariş verə bilər- FOTO

Putinin istifadə etdiyi zirehli “Aurus”dan hər kəs sifariş verə bilər- FOTO
Rusiya "Aurus” avtomobillərinin Avropda satışına 2021-ci ildən başlayacaq.

Azərtac xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin sənaye və ticarət naziri Denis Manturov məlumat verib. Nazir deyib ki, hazırda bu markadan olan avtomobillərin Avropa tələblərinə uyğun sertifikatlaşdırılması və yerli distribyuterlərin müəyyən edilməsi üçün iş gedir.

Onun sözlərinə görə, "Aurus” avtomobillərinin "SUV” yolsuzluq modeli təkcə Avropada deyil, digər ölkələrdə də populyar olacaq. Ümumilikdə "Aurus” brendi altında dörd model – sedan, limuzin, yolsuzluq avtomobili və miniven istehsal ediləcək.

D.Manturov "Aurus” limuzinlərinin yalnız eksklyuziv istehsal olunacağını da vurğulayıb.

"Bu avtomobillərin sadə versiyası olmayacaq. Onların yalnız zirehli variantı istehsal ediləcək”,- deyə nazir bildirib və əlavə edib ki, hazırda Rusiya Prezidenti Vladimir Putin zirehli "Aurus” limuzinindən istifadə edir. Onun sözlərinə görə, belə zirehli avtomobili hər kəs sifariş verə bilər.

OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bununla bağlı liseydə təhsil alan şagirdlərin valideynlərinə məktub göndərili...

Siyavuş Novruzov TƏKLİF ETDİ: "Onlar da nəzərə alınsın" 

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”. &nbs...