Putinin ilginc planı: “Qiyamət günü” torpedosu kimə tuşlanıb?

Putinin ilginc planı: “Qiyamət günü” torpedosu kimə tuşlanıb?
 Rusiyanın "Poseydon” strateji sualtı aparatının əsl məqsədi NATO-nu hərbi alyans kimi dağıtmaqdır. Belə qənaətlə ABŞ-ın "Business İnsider” nəşri çıxış edib.

Ekspertlərin sözlərinə görə, "Qiyamət günü” torpedosu da adlandırılan "Poseydon” sualtı aparatı bütöv qitəni məhv etməyə qadirdir. Və bu silahın işlənib hazırlanmasında məqsəd Birləşmiş Ştatları gələcəkdə Rusiyanın NATO ölkələrinə hərbi müdaxiləsinə cavab vermək niyyətindən daşındırmaqdır.

Amerika mütəxəssisləri hesab edirlər ki, Rusiya bu aparatları hətta nüvə zərbələri ilə tam məhv edilməsi halında da buraxa bilər. Ona görə də ABŞ hakimiyyəti heç vaxt istəməz ki, sahilyanı ərazilərini və sularını sualtı torpedonun yaratdığı güclü radiasiyanın təsirinə məruz qoysun. Hansı ki, ABŞ-ın bu silahı dəf etmək üçün heç bir vasitəsi yoxdur və bu baxımdam Vaşinqton Estoniya kimi kiçik NATO ölkəsini Moskvanın cəngindən xilas etməyə risk etməyəcək.

Pilotsuz "Poseydon” çoxməqsədli okean sualtı aparatları atom sualtı qayıqlarında yerləşdiriləcək. Bu aparatlar nüvə yanacağı ilə işləyən mühərriklə təchiz olunub, güclü nüvə başlığı daşıya bilir və okeanın 1 kilometrdən də çox dərinliyində saatda 200 kilometr sürətlə, manevrlər etməklə hədəfə doğru şütüyür. Hazırda heç bir sualtı torpedo bu cür yüksək sürətə malik deyil. Rusiya Müdafiə Nazirliyi dörd atom sualtı qayığında yerləşdirilməklə cəmi 32 "Poseydon” sifariş verib.

Bu silahın işə düşməsi nətiəsində nəhəng okean dalğaları yarana və düşmənin sahilboyu infrastrukturu, şəhərləri su altında qalaraq məhv ola bilər. Habelə silahın tətbiqi nətiəsində güclü radiasiya da yaranacaq ki, bu da bütöv qitədə həyatı məhv edə bilər.

"Poseydon” sualtı aparatının mövcudluğunu ilk dəfə ötən ilin martında prezident Vladimir Putin elan edib.Virtualaz.org

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...