Putinin Ərdoğandan öyrəndiyi və götürdüyü çox məsələlər var-ekspert

Putinin Ərdoğandan öyrəndiyi və götürdüyü çox məsələlər var-ekspert
"Aprel ayı ciddi məsələlərin müzakirə edilməsi baxımından Türkiyə və Rusiya üçün olduqca həssas ay hesab olunur”

Sfera.az-a açıqlamasında bu sözləri cari ilin aprelində Türkiyə və Rusiya prezidentlərinin növbəti görüşünün olmasına münasibət bildirərkən politoloq Natiq Miri deyib.
 
Ekspert onu da bildirdi ki, hələlik Türkiyə prezidentinin hansı kontekstdə Moskvaya səfər edəcəyi də bəlli deyil:       
 
"Rusiya-Türkiyə yaxınlaşması kontekstində hiss olunan odur ki, Putinin Ərdoğandan öyrəndiyi, götürdüyü, xüsusən də ona istinadən tətbiq etdiyi bir çox məsələlər var. Bu fonda da çoxlarının düşündüyünün əksinə olaraq, əslində Putinin bəzən Ərdoğandan götürdüyünün, ikincinin birinciyə təsirinin işartılarını görürük. O ki, qaldı prezidentlərin aprel görüşünə, hələlik Türkiyə prezidentinin hansı kontekstdə Rusiyaya səfər edəcəyi birmənalı olaraq bəlli deyil. Son Soçi görüşündə Suriya məsələsi ciddi müzakirə obyekti olub. Bu istiqamətdə məsləhətləşmələr növbəli qaydada keçirilir. Bundan əvvəl iki dəfə ardıcıl olaraq Türkiyədə, sonra da İranda keçirilib. Ən nəhayət məsələ son dəfə Soçidə müzakirə olundu. Aprel ayı Türkiyə, həm də region üçün çox həssas bir aydır”. 
N. Mirinin fikrincə, Qərb Türkiyədə "sarı jiletli”lər hərəkatına oxşar bir hərəkatı da tətbiq etməyə çalışır: 
"Martın 31-də Türkiyədə bələdiyyə seçkiləri olacaq. Bələdiyyə seçkilərinə də təkcə Türkiyə hakimiyyəti və siyasətçiləri hazırlaşmır. Türkiyədə böyük təxribatlar yaratmaq və bir növ Fransadakı "sarı jiletli”lər hərəkatının başqa  formasını qardaş ölkədə də tətbiq etmək  cəhdləri müşahidə olunur.  Bu yöndə ciddi hazırlıqlar var. Belə hal mediada gedən xəbərlərdə də özünü göstərməkdədir. O baxımdan düşünürəm ki, aprel ayı Türkiyə üçün həssas bir aydır. İkinci bir tərəfdən, Türkiyənin Suriyanın şimalında, xüsusən də Fərat çayının şərqinə yönəlik hərbi əməliyyatları da təxminən aprelə təsadüf edəcək. Bununla bağlı Rusiya ilə hələlik razılaşdırılmayan bir çox məqamlar var. Əslində Suriyada təhlükəsizlik bölgəsi deyilən bölgəyə, habelə ABŞ qoşunlarının tərk etdikləri ərazilərə baxışda Moskva ilə Ankara arasında fərqlilik mövcuddur. Rusiya boşalan ərazilərin Suriya rejiminə verilməsini istəyir. Ancaq Ankara məsələyə belə baxmır. O bu məsələnin ABŞ-la koordinasiyalı şəkildə, mərhələli qaydada həyata keçirilməsində maraqlıdır. ABŞ ordusu həmin əraziləri tərk etməsinə paralel olaraq oraları PKK-YPQ terrorçuları da tərk etməlidir ki, terrorçular Türkiyə ordusu ilə qarşı-qarşıya gəlməsin. Nəticədə bu proses təkcə Rusiya ilə deyil, eyni zamanda ABŞ-la da ciddi müzakirə çərçivəsində aparılır. Bu səbəblərdən düşünürəm ki, aprel ayında ciddi məsələlər müzakirə olunacaq. Ona görə də aprel ayı region, o cümlədən Türkiyə və Rusiya üçün çox həssas ay hesab olunur”.       

Qeyd edək ki, Türkiyə və Rusiya dövlət başçıları Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında bu ilin aprelində yeni bir görüş olacaq. Bunu mətbuata açıqlamasında Rusiya prezidentinin müşaviri Yuri Uşakov deyib. Onun sözlərinə görə, Ərdoğan aprel ayının əvvəllərində Moskvaya səfər etməyi planlaşdırır. Onu da vurğulayaq ki, bu görüş 2019-cu ilin əvvəlindən prezidentlər arasında keçirilən sayca 3-cü görüş olacaq.
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...