Putinin bilmədiyimiz sirli gedişləri hansılardır?

Putinin bilmədiyimiz sirli gedişləri hansılardır?
Rusiya prezidenti Vladimir Putin dünya mediasının ən çox diqqət yetirdiyi dövlət başçılarındandır. 

Beynəlxalq KİV-də onun haqqında yazılanların bəziləri ilə oxucuları tanış edirik. 

Venesuelanın El-Nasional nəşri Kreml sahibinin gələcəyi barədə Visente Kinteronun proqnozlarını dərc edib. Həmin məqaləni diqqətinizə çatdırırıq.

"2024-cü ildə Vladimir Putin 72 yaşında olacaq və ölkənin Konstitusiyası onun üçüncü müddətə seçkilərdə iştirakına  imkan vermir. Üç mümkün ssenari var: 

1. Dmitri Medvedev Vladimir Putini əvəz edəcək və sonuncu isə baş nazir olacaq ( 2008-2012-ci illərdə belə olub); 
2. Vladimir Putin Rusiya Federasiyasının Konstitusiyasına düzəlişləri vacib hesab edir və yenidən namizədliyini irəli sürür; 
3. Vladimir Putin istirahətə gedir, nəzərə alsaq ki, o ömrünün sonunadək prezident olmaq istəmədiyini dəfələrlə bəyan edib.
Hər halda, Kremlin məsləhətçiləri indidən mümkün olan bütün ssenarilərlə işləməlidirlər. Rusiya müxalifəti 2024-cü ilə qədər yenidən qurulmaq və böyük bir sürpriz hazırlamaq üçün siyasi konyunkturadan istifadə edə bilər. Onun qarşıdakı beş ili  imkan verir ki, hakimiyyət partiyasının qalib gəlməsi üçün elə bir strategiyanı planlaşdırsın . İndi müxalifət zəiflədilsə və aydın təlimatlara malik olmasa da, heç kim onların bir neçə ilin içində hakimiyyətdə ola biləcəyini istisna etmir. Bu ehtimal çox uzaqdır, illüziyadır, amma hər şey ola bilər.
"Vahid Rusiya" partiyasının ən yaxşı gedişi, şübhəsiz ki, artıq Rusiya Federasiyasının prezidenti vəzifəsini tutmuş  Dmitri Medvedevin namizədliyinin irəli sürülməsi olacaq. Əlbəttə ki, əsas fiqur yenə də Vladimir Putin qalacaq. Ancaq, Putin bu yaşda belə çətin bir vəzifəni üzərinə götürməyə hazır olacaqmı? Bu, 73 yaşında prezident seçilmiş Ronald Reyqanı və 80 yaşında prezident seçilmiş Xoakin Balageri( Dominikan Respublikasının prezidenti, sonuncu dəfə 1986-cı ildən 1996 cı ilədək prezident olub-tərcümə) xatırladır. Xoakin Balager , Ginnessin Rekordlar Kitabında  tarixin ən yaşlı prezidenti olaraq siyahıya alınmış və 89 yaşına kimi bu vəzifəni tutmuşdur.
11 il bundan əvvəl, Medvedevin "Vahid Rusiya" dan prezidentliyə namizədliyi irəli sürüldüyü zaman, onun insani keyfiyyətləri və siyasi rəhbərliyinin  metodları haqqında yalnız beynəlxalq arenada deyil, həm də ölkə daxilində müzakirələr aparılıb. Seçkilərdən əvvəl "Guardian”-da dərc olunan analitik məqalələrdən birində Luke Harding Medvedevin şəxsiyyətinin sirli olduğunu yazmışdı.
2024-ci ilə qədər hələ beş il var. Həmin il Rusiya Federasiyası tarixində həqiqətən çox maraqlı olacaq. Bizi yeni bir konstitusiya, yeni bir prezident, ya da daha yetkin və güclü bir Putin gözləyə bilər. Analitiklər və politoloqlar hazırda Dmitri Medvedevin böyük ehtimalla Rusiya Federasiyasının  gələcək prezidenti  olacağını qəbul edirlər.

Burada sual yaranır: Medvedev ikinci prezidentlik müddətində bizə nə dərəcədə sürprizlər gətirəcək? O, 2008-ci ildə olduğu kimi "sözəbaxan" olacaqmı? Çətin ...




OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...