Putinin avtoqrafı hərracda 340 min rubla satıldı
18:00 / 21.02.2020
4943
Rusiya Prezidenti Vladimir Putinin avtoqrafı Moskvada hərrac zamanı 340 min rubla (5 min dollardan çox) satılıb.
Sfera.az xəbər verir ki, həmin avtoqrafı V.Putin 2001-ci ilin sentyabrında yazıçı Valentin Zorinə kitabının qarşılığında vermişdi.
Bundan başqa, hərrac zamanı "Taxt-tac oyunları” kitabının müəllifi Corc Martinin imzası 15 min rubla (233 dollar) satılıb.
Kosmonavtlar Yuri Qaqarin, Valentina Tereşkova, isveçli uşaq yazıçısı Astrid Lindqrenin avtoqrafları da satılan imzalar arasında yer alıb.