Putini Serbiyada 130 min insan qarşılayıb - VİDEO

Putini Serbiyada 130 min insan qarşılayıb - VİDEO
Rusiya prezidenti Vladimir Outin Serbiyaya səfəri zamanı yerli əhali tərəfindən böyük coşqu ilə qarşılanıb. 130 min serb "Aleksandr Nevski" ordenini almaq üçün Serbiyaya gələn Rusiya dövlət başçısını səmimi salamlamaq üçün Belqrad küçələrinə axışıb.

Kütlə əlində Serbiya və Rusiya bayraqlarını, iki ölkənin prezidentlərinin plakatlarını və dövlət arasında qardaşlıq prinsipini aşılayan posterlər qaldırıblar.

Vladimir Putinin Serbiyaya səfəri zamanı iki ölkə arasında mədəniyyət, infrastrukturun yenidən qurulması və "Roskosmos" vasitəsilə kosmosdan dinc məqsədlər üçün birgə istifadə və müxtəlif sahələrdə 21 müqavilənin imzalanması nəzərdə tutulub.FaktXəbər



OXŞAR XƏBƏRLƏR