Putini ilk təbrik edən İlham Əliyev oldu: \"Bu qələbə sizin yüksək siyasi nüfuzunuza...\"

Putini ilk təbrik edən İlham Əliyev oldu: \
Azərbaycan prezidenti İlham Əliyev prezident seçkilərində Vladimir Putini qələbə münasibətilə təbrik edib. 


Sfera.az  tass.ru-ya istinadən xəbər verir ki, təbrikdə deyilir:


"Sizi Rusiya Federasiyasının prezident seçkilərində qəti qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu qələbə sizin yüksək siyasi nüfuzunuza və ölkədə sizin tərəfinizdən həyata keçirilən sabitliyin, qanunçuluğun təminatına yönəldilmiş, uzunmüddətli sosial proqramların reallaşdırılması, genişmiqyaslı dəyişikliklərin həyata keçirilməsi, xalqın rifahının artımına imkan yaradan kursa aktiv dəstəyi nümayiş etdirir"- deyə təbrik məktubunda bildirilir.


Məktubda qeyd edilir ki, Azərbaycan və Rusiyanı çox əsrlik sıx dostluq və mehribanlıq zəncirləri bağlayır. "Sevindiricidir ki, bu gün bu möhkəm bünövrədə bizim dövlətlərarası münasibətlərimiz müvəffəqiyyətlə inkişaf edir", - deyə İlham Əliyevin təbrik məktubunda vurğulanır.



Azərbaycan prezidenti Vladimir Putinin ikitərəfli əlaqələrin genişləndirilməsinə, ümumilikdə Azərbaycan-Rusiya qarşılıqlı əməkdaşlığına şəxsi töhfəsini də qeyd edib.


"Mən regionda sülhün, təhlükəsizliyin və tərəqqi təmin edilməsinin tərəfindəyəm.  Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq gücləndirilməsi üçün bizim birgə səylərimiz xalqlarımızın və ölkələrimizin maraqlarını təşviq edəcəyinə əminəm".


Sonda Azərbaycan prezidenti Vladimir Putinə yaxşı sağlamlıq, xoşbəxtlik və dövlət başçısı kimi fəaliyyətində uğurlar arzulayıb.
 

OXŞAR XƏBƏRLƏR