Putinə qarşı şikayəti qəbul edən hakim işdən çıxdı

Putinə qarşı şikayəti qəbul edən hakim işdən çıxdı
Aprelin əvvəlində Balakov şəhərinin sakininin Rusiya prezidenti Vladimir Putinə qarşı iddiasını qəbul edən Saratov arbitraj məhkəməsinin hakimiTatyana Leskina istefa verib.  
Sfera.az RBC-ya istinadən xəbər verir ki, bu barədə Saratov vilayətinin hakimlər kollegiyasının iclasının yekunlarına dair məlumatda deyilir. 
RBK ilə söhbət zamanı ixtisaslaşmış kollegiyanın nümayəndəsi, söhbətin hakimin öz xahişi ilə istefa verməsindən getdiyini bildirib. Bununla yanaşı, Leskinanın ərizəni nə zaman təqdim etdiyi dəqiqləşdirilməyib. 
Balakovo sakini məhkəməyə "V.V.Putinin xalq düşməni, oliqarx və məmurların dostu kimi, Rusiyanın qarəti və Rusiya xalqının müflisləşməsinə, məmurların, bankirlərin, qarətçi-milyarderlərin zənginləşməsinə görə tutduğu vəzifədən getməsinə dair” iddia bu ilin martın 11-də qəbul edilsə də, arbitraj onu fəaliyyətsiz qoymuşdu. 
Apreldə ərizənin hərəkətinə mane olan şərtlər aradan qaldırıldıqdan sonra Putinə dair iddia baxılmaq üçün qəbul edilib. İlkin iclas Leskinanın rəhbərliyi altında aprelin 28-nə təyin edilmişdi. 
Amma aprelin 7-də arbitraj iddia üzrə icraatı dayandırıb. Məhkəmə Konstitusiyanın 4-cü fəslinə istinad edib, bu fəsilə görə, prezident üstünlük təşkil edən səlahiyyətlərə sahibdir, ona görə də məhkəmələr "prezidentin fəaliyyətinə qarışmağa hüququ yoxdur”.

OXŞAR XƏBƏRLƏR

"Əli Kərimli və onun kimilərə mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyir" - Millət vəkili

“Fransanın buradakı səfirini geri çağırmaqda məqsədi bizə qarşı olanlara pionerlik etməkdir”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisi...

"İsrail İrana raket hücumu edəcəyini bildirib" -  ABŞ mediası

“ABŞ İsrailin İrana hücum edəcəyini bilirdi”.   Sfera.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlum olub ki, İs...

Deputat yarımçıq tikililərdən DANIŞDI: "Tədbir görülməlidir"

“Yarımçıq tikililər narahatlıq yaradır”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev ...

Rusiyada hərbi təyyarə qəzaya uğradı, ölən var - FOTO 

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol diyarında qəzaya uğrayıb.   Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzaya uğray...

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Aprelin 26-da Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat...

Milli Məclisin iclası BAŞLADI - 14 məsələ MÜZAKİRƏ EDİLİR 

Milli Məclisin iclası başlayıb. Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 14 məsələ daxil edilib. ...