Putindən Qarabağ gedişi

Putindən Qarabağ gedişi
Cənubi Qafqazda sülhə gətirib çıxara biləcək xəritə

Putin Dağlıq Qarabağ münaqişəsi ilə şəxsən məşğul olur. Rusiya mətbuatı bu barədə yazır. Ötən gün Rusiya prezidenti ilə azərbaycanlı həmkarı İlham Əliyev arasında telefon danışığı olub. Liderlər Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş ilk rəsmi görüşün nəticələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə ediblər. Onlar danışıqlar prosesinin fəallaşdırılmasının əhəmiyyətini vurğulayıblar. Moskva bu məsələdə əməkdaşlığa hazır olduğunu bir daha bildirib. 

Bənzər telefon danışığı Vladimir Putin ilə Nikol Paşinyan arasında da olub. Bunun üçün də artıq Moskva-Bakı İrəvan arasında telefon danışıqlarının fəallaşmasından danışmaq olar.

Xatırladaq ki, ötən gün 3 illiyi qeyd edilən, ermənilərin ciddi itkisi ilə nəticələnən dördgünlük aprel savaşları da məhz Rusiyanın, Putinin təşəbbüsü ilə başlayan danışıqlardan sonra dayandırılmışdı. İlham Əliyevlə Paşinyan arasında il görüş təşəbbüskarı da Putin olub. Onun təşəbbüsündən sonra ötən ilin sentyabrında Astanada Paşinyan Əliyevə yaxınlaşmışdı. 

Rusiya politoqları qeyd edirlər ki, Bakı və İrəvan Moskvaya sülh təşəbbüslərini həyata keçirə biləcək vasitəçi kimi baxırlar. Görünür Rusiyanın da münaqişəni həll etmək istəyi var. Bir çox ekspertlər də bu gün belə təəssürat yaranır ki, telefon danışıqları sayəsində yeni yol xəritəsi ortaya çıxacaq. Bu isə nəhayət ki, bu Cənubi Qafqazda sülhə gətirib çıxara bilər.

Bunun üçün əsas da var. Bu barədə Amerika nəşri "The national interest" yazır. Nəşr hesab edir ki, Rusiya İlham Əliyevə onun atası mərhum prezident Heydər Əliyevin qoyduğu kursun davamçısı kimi baxır. H.Əliyev isə Putinlə çox mehriban və isti münasibətlər bağlayırdı. Qəzet həm də qeyd edir ki, Bakı Moskva ilə əməkdaşlığa, hər hansı bir bloka qoşulmadan da davam edir. Ancaq KTMT Ermənistan haqqında bunu demək çətindir.

Ancaq Azərbaycanda bəzi yüksək vəzifəli erməni məmurların bəyanatları çox neqativ qiymətləndirilər. Azərbayacan XİN Ermənistan Müdafiə Nazirliyinə xəbərdarlıq edib ki, onun ucuz ritolikası bütün ölkə üçün çox pis nəticələrə gətirib çıxara bilər. 

OXŞAR XƏBƏRLƏR

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...