Putin və Ərdoğan nələrdən danışıb?

Putin və Ərdoğan nələrdən danışıb?
 

Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında uçuşların bərpa olunmasını müzakirə edib və hər iki ölkə üzrə müvafiq qurumlara danışıqlara başlamağı tapşırıb.

Sfera.az xəbəb verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov açıqlama verib. Onun sözlərinə görə, bu mövzu Putin və Ərdoğan arasında 13 iyul tarixində baş tutan telefon danışığı zamanı müzakirə edilib. Liderlər daha sonra Suriya və Liviyadakı vəziyyəti, həmçinin Aya Sofyanın statusuna dair qərarı da müzakirə ediblər.

 

Qeyd edək ki,  bu gün Türkiyə Nəqliyyat Nazirliyi koronavirus pandemiyası səbəbiylə dayandırılmış Rusiya uçuşlarının bərpası barədə razılığa gəlindiyini bildirib. Tərəflərin iyulun 15-dən hava nəqliyyatını bərpa etməsi planlaşdırılır.

Daha əvvəl Türk Hava Yolları avqustun 1-dən etibarən Rusiyaya 6 istiqamətdə uçuşların açılacağını elan etmişdi.


OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...